Məzəli bürclər

Məzəli bürclər
Maraqlı məlumatlar
10.09.2017 48










Yanvar: Ciddi və hirsli biridir. Necə deyərlər



"Dişləri incidəndir, dili can incidəndir". Ağıllı və planlı iş görür.



Çünki avtobusda işləyir, plan verir. Duyarlı və dərin hissləri var.



Marian çökəkliyində yaşayır



Fevral: Dəyişkəndir. Bakseldə işləyir və



"dəyişək inkişaf edək" prinsipi ilə yaşayır. Düzgündür. İnadkardır.



İnadlaldır və inadkordur. Özünə güvəni yoxdur. İtirib.



Tapanlar Baksellə əlaqə saxlasın. Xəyalların ardınca gedir.



Amma Xəyallar onu azdıra bilmir.



Qonşularında düz 8 dənə Xəyal var.



Mart: Utancaqdır. 4 oğul atasıdır. Tez hirslənir,



güllələniləcək oy bağışlayın guvəlinəcək adamdır. İntiqamlıdır,



qardaşı da Ehtiramlıdır. Bir sözlə ailəlikcə meyxanaçı



İntiqam və Ehtirama pərəstiş edirlər.



Aprel: Aktiv və enerji doludur. Hər gün 5 ədəd



Redbul içir. Təsəlli verməyi sevir. Can həkimidir.



Yaddaşı güclüdür - 4GB. Tez-tez baş ağrıları olur.



Hələ Antivirus yükləməyib.



May: Anlayışlıdır. Onu qovmaq lazım deyil,



özü durub gedir. Ədəbiyyat və incəsənətlə maraqlanır. Amma ədəbiyyat



və incəsənət ondan qaçır. Evdə oturmağı sevmir. Bütün günü uzanır.



İyun: Şirindildir. Buna görə də evlərində yay,



qış qarışqa olur. Eyni anda bir çox şey haqda düşünməyi bacarır.



Ona görə də özü-özünə danışır. Çoxdanışandır.



Qərar verməyi bacarmır. Ancaq qərar alır.



İyul: Yaxşı sirdaşdır. Kin saxlaya bilmir.



Gücü çatmır. Kin cox ağırdı deyə. Yalnızlığı sevmir. Düz 4 dəfə



yalnızlığa otval verib. Onun öz istədiyi var. Dost acısı çəkməyi



bacarmır. Sinəsinə duşmür. Yalnız Yava çəkir.



Avqust: Zarafatcıldır. Qorxusuzdur.



Liderliyi sevir. ATV-liyi bəyənmir. RomanTikdir. Atasından onun üçün



Roman adlı şadlıq sarayı tikdirməsini istəyir. Yol gostərməyi sevir.



Gələcəkdə Yol Polisi işləmək istəyir.



Sentyabr: Elmə fikir verir. Hər gün 1



paçka fikir verir əvəzində ondan 1 siqaret alır. Ünsiyyətdə seçilir.



İnsanların eyiblərini dolayı yolla da çatdırır. Probka olanda



başqa yollarla da çatdırır. Amma özü qətiyyən güzgüyə



baxmaq istəmir. Çünki evə güzgü almaqdan beziblər



Oktyabr: Hamı ilə sözü tutur. Sonra birdən



buraxır söz başı üstə yerə düşür. Yaxşı dostdur. Dostlara fikir verir.



Xususilə də ayaqqabılarına. Tez küsüb, tez barışandır.



Təsir altına tez düşür. Çünki qonşuları hər gün o



balkonun altından keçəndə onun başına təsir tökür.



Noyabr: Çalışqandır. Alışqandır. Yapışqandır belə sözləri xoşlamır.



Çünki pəltəkdir ş hərfini deyəbilmir. İradəsi güclüdür.



İstədiyi qız İradə idmana gedir. Hamını olduğu kimi qəbul edir.



Amma hamı onu görünüşünə görə yola salır.



Dekabr: Səbirsizdir. 4 oyundur ki,



"sə" "bir" ata bilmir. Və 3 oyundur ki, bütün nərd yoldaşları



Marsla uduzur. Dostlara bağlı olur. Hər gün ən azı bir dostuyla



düyünə düşür. Sevildiyini daim hiss etmək istəyir.



 Qripdir deyə burnu iy hiss eləmir.




:23: :05:

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!