Xarizmanı necə inkişaf elətdirək?

Xarizmanı necə inkişaf elətdirək?
Maraqlı məlumatlar
10.09.2017 9



Xarizma – bir şəsxiyyətin avtoritetinin olması deməkdir. İnsanları
ələ ala bilmək, onlarla asanyolla  ümumi dil tapmaq şüuraltı idarə
olunur.
Niyə bir çox insan telefon vasitəsilə zəng vurmaqdan və ya birindən
nə isə xahiş etməkdən çəkinir? Bizlər tanımadığımız insana
yaxınlaşmaqdan, müdiriyyətlə maaş haqqında danışmaqdan, öz istəklərimizi
bildirməkdən niyə utanırıq?
Biz get-gedə öz gözümüzdən də, rəhbərliyin, qonşuların, qohumların da gözündən düşürük …
Xarizmanın resepti olduqca sadədir.
İlk öncə özünüzdən əmin olun. Bu zaman insanlar sizi bilikli mütəxəssis, maraqlı həmsöhbət, dost kimi görəcəklər.
Kainatı kompüterlə müqayisə etsək, belə bir misal çəkmək olar. Siz
məlumatı daxil edirsiniz, enter işarəsini basırsınız və həmin məlumatı
kompüterin sisteminin yaddaşında saxlayırsınız. Eyni qaydada şüurunuzun
altına özünüzlə bağlı məlumat yeridin və ilk öncə özünüz, sonradan da
yaxınlarınız nə dərəcədə dəyişdiyinizin şahidi olacaqıar.
Unutmayın ki, cəmiyyətin qoyduğu qaydalara daima riayət etsəniz şəxsiyyət kimi formalaşa bilməyəcəksiniz.

İnsanınözündən əminliyinin 7 prinsipi.



Hər insanın özünə və etdiklərinə görə cavabdehdir. Günahı başqalarının üstünə atmayın.
Yalnız Siz sizin üçün nəyin yaxşı və ya pis olduğunu dəqiq
bilirsiniz. Nə ilə məşğul olmaq istədiyinizə özünüz qərar verməlisiniz.
Siz xoşbəxt olmalısınız, yoxsa ki niyə yaşayırsınız? Sürünməyin-ayaqda durun. Sürünən kəslərin xarizması olmur.
Öz intuisiyanıza arxalanın, başqalarının nə dediyinə deyil.
Günah hissi – insanı zəhərləyən bir hissdir. Bu hissdən azad olmağa çalışın və gələcəkdə buraxdığınız səhvləri təkrarlamayın.
Bütün təsadüflərin qanunauyğunluğu var. Baş verənlərin hansı səbəb
üzündən baş verdiyinə diqqət yetirin. Bəlkə bu sizin etdiklərinizin
nəticəsidir, və ya etmədiklərinizin. Bəlkə bunlar sizi qoruyan bir
xəbərdarlıq və ya siqnaldır?

Müdrik insan baş verənlərə görə şikayət etmir, sadəcə ibrət götürür.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!