Əslində pis olduğun nədir bilirsənmi?

Əslində pis olduğun nədir bilirsənmi?
Maraqlı məlumatlar
10.09.2017 22
 
Sevdiyin insanların iztirab içində qıvrılmasına şahidlik etmək asan deyil. Əlində bir sehrli dəyənək olsun, toxun, dünya dəyişsin istəyirsən. Əlbəttə həyat bu xəyala icazə vermir.
Ayrılıqların ardından yaşananlar, əslində sadə bir ürək incikliyindən çox daha çoxdur. Sevdiyin insanın necə olub da heç çəkinmədən, üstündə iki dəfə düşünməyə ehtiyac duymadan tərk etdiyini anlaya bilməzsən. Öz dəyərini sorğulamağa başlarsan.
Sevilmək, insanın içindəki dəyər duyğusunu yüksəldər. Bəyənilmək və təqdir edilmək, ayaqları yerdən kəsər. Tərk edildiyində, dəyərinin düşdüyünü hiss edərsən. Bu ağrı verici bir incimədir.
Ayrılıqların ardından üstündə dayanılması lazım olan bir  sual vardır: "Əslində neyə kədərlənirsən?" Bu suala həqiqətən cavab tapdığında, bəzi şeylər yüngülləşər. Onu insan olaraq itirmiş olmaqmı səni yaralayır? Sənə qiymətli olduğunu hiss etdirən duyğuların ortadan itməsinəmi ağlayırsan? Gecələr boyu sürən sevişmələrin yoxluğumu ağrıdan? Birinin sənə olan heyranlığını daha çox istifadə edə bilmir olmaqmı eqonu yaraladı? Sevdiyin insanı artıq sevə bilməyəcəyini fərq edincə narahatlıqlanmağamı başladın?
Yaxşı, onda sevdiyin nə idi? O səni sevdiyi üçünmü sən də onu sevmişdinil? Səndən uzaqlaşdığında, sevilmə və qiymətli qılınma ehtiyaclarını artıq qarşılamadığında, hələ onu sevəcəksənmi? O azadlığını elan edib getdiyində, onun gedəcəyi yolda, xoşbəxtliklə qarşılaşmasını diləyə biləcəksənmi? Eqoizm, eşqdirmi? Hamımız eşq istəyərik amma eşqlə böyüyüb, yetkinləşməyi bir çoxumuz bacara bilmərik. Görəsən eqoistcə düşünmədən sevmək mümkün deyilmi?
Sevdiyin adam səni tərk etdi. Ehtimalla əlaqədə yaşana bir şey və ya sənin rəftarında meydana gəlmiş bir şey onun xoşuna gəlmədi. İndi vəziyyəti dəyişdirmək üçün, necə xoşuna gələcəksə elə davranarsanmı? Bunu həqiqətən qəbul edər sənmi?
Necəsənsə, hər kimsənsə, yalnız sən olduğun üçün qiymətlisən. Həyat nələri gətirirsə, onun meydana gəlməsinə icazə verməlisən. Həyatın hədiyyələrini qəbul etməli və bəzən sən də əlindəkiləri ona hədiyyə etməlisən. Eşq, hansı şərtlər içində olursa olsun və necə bitsə bitsin, səni çoxaldacaq. Bunu öyrənməlisən! Yaşamaq, nəfəs almaq öz başına onsuz da böyük bir hədiyyədir. İçinə qoyduqlarınla onu sən var edərsən!
 
Tərcümə  etdi: PURE LOVEскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!