Ürəksizəm, duyğusuzam

Ürəksizəm, duyğusuzam
Maraqlı məlumatlar
10.09.2017 26
 Mən ürəksizəm, duyğusuzam bəli..Çünki sizin kimi gözlər önündə heç nədən çəkinmədən utanmadan ağlamıram. Sizin yanaqlarınızdan süzülüb axan yaşlar mənim daxilimdə qəlbimi yandıra-yandıra axır. Ürəyim qan ağlayır əslində. Həyatda həmişə gülər üz olub, optimistlər kimi düşünərkən, baxışlarınızdan hec nədən qırılmaz, yıxılmaz biri olaraq görünərkən, əslində isə atıram ürəyimə bütün dərdlərimi, təbəssümlə üzümdə əks etdirirəm. Çoxları deyir dərdsizəm, dünya vecimə deyil, sanki həyatımı bilirlərmiş kimi, coxları deyir ürəksizəm sanki, qəlbimin içində yaşayıblarmış kimi. Qürurumdan söyləyə bilmədiyim dilimdə düyünlənib qalan sözlər sahiblərinə çatmağı həsrəti ilə gözləyərkən o sahiblərin məni daş ürək, acı dil adlandırmasına o qədər öyrəşmişəm ki. Sevdiyim insanlara sevdiyimi soyləməməyim o demək deyil ki,onların dəyəri yoxdu mənim üçün. Məgər dəyər sözlərləmi ölçülər? Mən heç əyilmərəm, qırılmaram kimi düşünür çoxları. Halbuki ətdən qandan Allahın quluyam mən də. Robot deyiləm ki, insanam məndə. Sınamağa çalışırlar nə zaman yanlış edərəm deyə atdığım hər addım nəzərlərində, sanki mən səhv edə bilmərənmiş kimi..Güclu görünmək, dərdlərini çox biruzə verməyib təbəssümlə əks etdirmək, başqalarının yanında nə qədər çətin də olsa göz yaşlarını saxlamaq, atdığın hər addıma fikir vermək o deməkdirmi ki,sən insan deyilsən? Məgər bütün bunlar duyğusuzluq, daş ürəklilikdirmi?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!