O qapının adı ölüM..

O qapının adı ölüM..
Maraqlı məlumatlar
10.09.2017 9
 
 
O qapının adı ölüM..




Çox qapılar açdım bir-bir,

Açdım, baxam bu sirr nədir,

Mənlə qapı arasında

Nə var qapı arxasında.

Əvvəl bu dünyanın açdım

Bəzədilmiş qapısını,

Sonra içəriyə qaçdım,

Gördüm ağrı acısını.

Diqqət etdim bu dünyaya,

Nifrət etdim bu dünyaya.

İstədim ki, qaçam geri,

Gördüm, yoxdu qapı yeri.

Onda bildim, aldanmışam,

Bəzədilmiş o qapıya

Könül verib inanmışam.

Necə çıxım bu dünyadan,

O qapını necə tapım?

Bu dünyadan çıxmaq üçün

Nəyi söküm, nəyi çapım?

Bu dünyadan o dünyaya,

Bir qapı var mənim könlüm,

O qapının adı ölüM..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!