Valideynlər peyvənd barədə SMS-lə xəbər biləcəklər

Valideynlər peyvənd barədə SMS-lə xəbər biləcəklər
Maraqlı məlumatlar
10.09.2017 19

 
 
 Bu barədə  SN-in Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə deyib.
Onun sözlərinə görə, hazırda xidmət sınaqdan keçirilir. Xidmətdən bütün mobil operator istifadəçiləri faydalana bilərlər. Bunun üçün onlar istənilən operatordan "peyvənd" sözünü və uşağın elektron sağlamlıq kartının unikal kodunu yazaraq 9103-ə mesaj göndərməlidirlər. Bundan sonra onlara uşağın növbəti peyvəndinin adı və tarixi barədə məlumat veriləcək.

Cəbrayıl-zadə bildirib ki, elektron sağlamlıq kartlarının verilməsi ölkə üzrə tətbiq edildiyi üçün bu xidmət də ölkə üzrə həyata keçiriləcək.
Mərkəz direktoru İmmunlaşdırma təqvimi haqqında vətəndaşlara məlumatın çatdırılması xidmətinin Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş elektron xidmətlərdən biri olduğunu deyib.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!