Həyat

Həyat
Maraqlı məlumatlar
10.09.2017 9


Həyat... Nələr öyrənmədim ki, səndən...?! Öyrətdin ki...

Gedənə qal deməyəcəksən... Gedənə qal demək - yazıqlara, qalana get demək- tərbiyyəsizlərə, dönməyənə dön demək- acizlərə, laiq olana get demək güclülərə yaraşar... Heç kimə laiq olmadığından artıq dəyər vermə, yoxsa dəyərsiz olan sən olarsan...

Düşün...Kim incidə bilər səni, səndən başqa? Kim doldura bilər içindəki boşluğu, sən istəməsən? Kim xoşbəxt edə bilər səni, əgər sən hazır deyilsənsə? Kim sevər səni, sən özün özünü sevməsən? Hər şey səndə başlayıb, səndə qurtarır... Yetər ki, ürəkli ol! Tükənmə, tükətmə, tükətdirmə içindəki






yaşamaq sevgisini...

Ya çarə sənsən, ya da çarəsizsən...





Elə bir həyat yaşadım ki, cənnəti də gördüm, cəhənnəmi də...Elə bir eşq yaşadım ki, aslı olmağı da gördüm, əl çəkməyi də... Bəziləri seyr edərkən həyatı ən qabaq tərəfdəki sıradan, özümü səhnədə tapdım və oynadım... Elə bir rol verdilər ki, mənə-oxudum, oxudum, anlamadım... Öz-özümə danışdım bəzən evimdə... həm əsəbləşdim, həm güldüm halıma...





Sonra dedim ki, söz ver özünə... 

Dənizləri sevirsənsə, dalğaları da sevəcəksən! 

Sevilmək istəyirsənsə, əvvəlcə sevməyi biləcəksən!

Uçmağı bilirsənsə, yerə düşməyi də biləcəksən!

Qorxaraq yaşayırsansa həyatı , yalnız seyr edəcəksən!



P.S.- bəzən həyatın bizə oyun oynadığını düşünüb, üsyan etmək dərəcəsinə çatırıq. Unutmayaq ki, əgər həyatın şirinliklərini qəbul ediriksə, onun aclarını da qəbul etmək məcburiyyətindəyik...




Redakte etdi:
PRETTY_GIRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!