Rahat yuxu üçün

Rahat yuxu üçün
Maraqlı məlumatlar
10.09.2017 51
Yuxu insanın ən əhəmiyyətli ehtiyaclarından biridir. Sağlam olmaq
üçün təkcə yediyimiz yeməyin keyfiyyəti, işlərimizin normal qaydada
getməsi, yüksək əhvali- ruhiyyə və s. kifayət etmir. Normal, şirin,
dərin yuxu sağlam yaşamaq üçün önəmli rol oynayır.

Yatarkən sizi sıxmayan, narahat etməyən geyimləri seçin. Çoxlu çay içmək də yuxunun "qaçmasına” səbəb olur.
Yatmazdan
əvvəl 15-20 dəqiqə təmiz havada gəzin, dərindən nəfəs alın, ağır
məşqlər etməyin, detektiv filmlərə baxmayın. Şam edərkən yüngül
yeməklərə üstünlük verin. Yatmamışdan ən azı 3 saat əvvəl süfrədən
qalxmağa çalışın. Yataq otağını çox isti etməyin. Yatmazdan əvvəl ilıq
duş qəbul edin. Otaq səssiz, təmiz və havalandırılmış olmalıdır.
Yatarkən
qan dövranınızın normal, yatağınızın rahat olması vacibdir. Onurğanızı
düz saxlayan, sərt və allergiyaya səbəb olmayan materialdan hazırlanmış
yataqdan istifadə edin. Narahatlığınız yoxdursa, yastığınızın 11
santimetrdən hündür olmamasına diqqət yetirin. Bu şərtlərə əməl etsəniz,
dərin və şirin yuxuya dala bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!