Xocalı Faciəsi

Xocalı Faciəsi
Maraqlı məlumatlar
10.09.2017 41
1992-ci ili fevral ayının 26-da Azərbaycan vətəndaşları öz yeni tarixində ən faciəli, dəhşətli günlərinden birini — Xocalı faciəsini qeyd edirlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermeni separatistləri rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştiraki ile Qarabağın Azerbaycanlılar yaşayan Xocalı yaşayış məntəqəsini zəbt etdiler. Xocalının zəbti misli görünməmiş qəddarlıqla müşayiət olundu. 
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
613 Şəhidimizin 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi.
487 nəfər yaralandı.
8 ailə bütövlükdə məhv edildi.
25 azyaşlı uşaq hər iki validəynini itirdi.
130 uşaq validəynlərindən birini itirdi.
59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.
1000 nəfərdən çox şəhər sakini əlil olub.
1275 nəfər əsir və girov götürüldü.
Əsir düşənlərdən 150 nəfəri itkin düşüb və taleyi bu günədək məlum dəyil...
  Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha dərin hüzünlə baş sağlığı veririk.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!