Leyla / Alexandra Cavelius

Leyla / Alexandra Cavelius
Maraqlı məlumatlar
10.09.2017 65
Alexandra
Caveliusun qələmə aldığı bu kitabda bosniyalı Leylanın acı taleyindən bəhs
edilir. Leylanın müharibə vaxtı çəkdiyi əzablar, gördüyü işgəncələr, gözü qarşısında gəlinlərə- qızlara "toplu təcavüz” edilməsi, bir siqaret
qarşılığında əsirin digər hərbi hissəyə satılması, bütün bunlar kitabın bəhs etdiyi
dəhşətli real faktlardır.
[/justify]
Düzü, mən
bu kitabı oxuyarkən
Leyladan çox müharibə vaxtı Azərbaycanın əsir düşmüş,
müxtəlif işgəncələr görmüş gəlin- qızları haqqında düşünürdüm. Leylanın timsalında gözümün
qabağına onlar gəlirdi.Tarix kitablarından oxduduğumuz erməni vəhşilikləri...Anaların gözləri qabağında uşaqlarını, həyat
yoldaşlarını diri-diri öldürmələri, dərilərini soymaqları, müxtəlif
orqanlarını kəsmələri,
hamilə qadınların
qarnına nizə keçirmələri, onlara verdikləri daha bir çox işgəncə gözümün qabağından getmirdi…
Bir sual məni çox düşündürdü. Biz də müharibə şəraitində yaşayan bir ölkəyik və bundan daha çox işgəncələr,əzablar görmüşük. Bəs niyə biri çıxıb da bunlar haqqında belə bir roman yazmır? Məncə, Xocalı soyqırımında baş verənləri, orda anaların, qızların yaşadığı həyəcanı, qorxuyu,qələmə alan bir kitab
ermənilərin etdiyi bu soyqırımı dünyaya daha yaxşı tanıda bilər.
[justify]

Bəlkə elə son günlərdə "Daşyuxular” kitabı ilə gündəmə gələn Əkrəm Əylisli bu mövzuda kitab yazsaydı, daha yaxşı
olardı. Erməni
vəhşiliklərin kənara qoyub onları müdafiə etməkdən, "vətən xaini” adı qazanıb, vətənindən didərgin düşməkdən, ailəsin
utandırmaqdansa, "Leyla” kimi bir romanla bütün xalqın sevgisin qazanıb, fəxri
ola bilərdi.
[/justify]
Avropada
bu tip kitablara maraq doğrudan da çoxdur. İnsanlara ildə1 dəfə metroda, şəhərdə gördüyü Xocalıya aid hər hansı bir şəkil yox, məhz
o vaxt yaşanmış hissləri ifadə edən
kitab daha çox təsir edə,
yaddaşlara həkk oluna
bilər.
[justify]

"Leyla”kitabına  gələndəsə maraqlı və axıcı idi. Lakin bu qədər oxunaqlı olmasına baxmayaraq,
yenə də mənim ürəyimə yatmadı. Çünki yazıçı hadisələri, o hissləri yetəri qədər gözəl ifadə edə bilməmişdi, ötəri tez-tələs yazılan bir romana bənzəyirdi.
[/justify]
 
[justify]

Düzü, Pegasus Yayınlarının bu kitab üçün seçdiyi üz
qapaq şəklini də heç bəyənmədim. Digər ölkələrdə çap olunan kitabların üstündə məsum, əzab çəkən bir
Leyla həkk olunsa da, Pegasus Yayınları Leylanı üzü bol makiyajlı, taxma kirpikli biri kimi təsvir edir.
[justify][/justify]
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!