Sabahını görə bilsən

Sabahını görə bilsən
Maraqlı məlumatlar
10.09.2017 49
Əgər insana 50 il sonrası göstərilsə, bəlkə də bir gecədə saçları ağarar. Uşaq vaxtı nə qədər böyük ümidlərlə bir gün görürsən ki, ya bir qəzetin küncündə, bucağında eşələnib ailənə çörəkpulu qazanan adicə müxbirsən, ya hansısa qapının keşikçisi, ya da hansısa idarənin sıravi bir məmuru. Amma nələr düşünmüşdün, xəyalında nələr qurmuşdun… 
Elə bu həyatın bir hikməti, bir gözəlliyi də ondadır ki, bir an öncəni görmək mümkün deyil. Demək, bütün bu ssenariləri yazan bizi bizdən daha çox düşünüb.
Ölüm də elədir. Nə vaxt öləcəyimizi bilsək, bəlkə də aylar, illər uzunu əlimizi, qolumuzu sallayıb o günü gözləyərdik. Amma bilmirik, ehtimal belə vermirik, başımızı aşağı salıb işimizlə məşğuluq.
Ölüm çox qorxuludur, əgər onu düşünmədinsə… Əgər nə vaxtsa ölüm adlı bir həqiqət qapısından keçib başqa bir dünyaya girəcəyini xəyalından keçirmədinsə, kabusdur, dəhşətdir ölüm. Amma düşündünsə, hər şeyin bir Sahibi olduğunu unutmadınsa, axirətini bu dünyaya satmadınsa, toy-bayramdır, gözəl bir səfərdir ölüm.
 Səfəriniz xeyrə qənşər olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!