Ana Və Qızlarının Başlarını Kəsdi.

Ana Və Qızlarının Başlarını Kəsdi.
Maraqlı məlumatlar
10.09.2017 23
Cəlilabadda ana və iki azyaşlı qızının başlarını kəsərək qətl yetirən şəxsin kimliyi məlum olub. Cəlilabad Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisənin Cəlilabad şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Mirzəkişi oğlu Quliyev tərəfindən törədildiyi müəyyən olunub. V. Quliyevin qətli Nahidə Quliyeva ilə aralarında olan şəxsi münaqişə zəminində çoxsaylı zərbələri ilə törətdiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (qətl) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
Azərbaycanda tükürpədici qətl hadisəsi baş verib. Axşam saatlarında Cəlilabad rayonunda bir müddətdir ki, həyat yoldaşından ayrı yaşayan 35 yaşlı Nahidə Quliyeva və onun iki azyaşlı övladı-2 yaşlı Mədinə və 4 yaşlı Nuray faciəvi şəkildə evdə başları kəsilərək qətlə yetiriliblər. 
Qatil sonradan izi itirmək üçün evdə yanğın törədib. Qonşular Nahidə Quliyeva və 4 yaşlı Nurayın meyidini evdən çıxara bilsələr də, 2 yaşlı Mədinənin meyidi yanaraq tanınmaz hala düşüb. 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!