Qadın ve kişinin uğur qazanmaq üçün bir-birinə ehtiyacı yoxdur!

Qadın ve kişinin uğur qazanmaq üçün bir-birinə ehtiyacı yoxdur!
Maraqlı məlumatlar
10.09.2017 53
 Mir-Şahbaz Seyidli
 
 
 
"Hər bir uğurlu kişinin arxasında bir qadın var" Həm qadınlar, həm də kişilər üçün işlədilmiş uğursuz bir ifadədir.
 
 
İfadənin birinci nöqsanı: Qadın arxadadır.
 
Əgər qadın uğurlu kişinin arxasındadırsa deməli o sadəcə motivatordur, uğur qazana bilməz. Kişilərin qadınlardan üstünlüyünü göstərən bu nöqtə qadınlar üçün böyük zərbədir, buna baxmayaraq bir çox xanımlarımız məsələnin bu tərəfini düşünmədən bu ifadəni hər dəfə fəxrlə səsləndirir.
 
 
 İfadənin ikinci nöqsanı: Uğurlu kişinin ardında mütəq qadın var.
 
Uğur qazanan kişilərə baxın, bəzilərinin yanında qadın var, bəzilərində isə yoxdur. Yanında qadın olsa da, olmasa da kişi uğur qazanacaqsa qazanacaq. Qadının burda rolu sadəcə vizual effektdə qalır. Əgər kişinin uğurları qadına bağlanırsa deməli qadınsız kişi sadəcə ət yığınağıdır. Ət yığınağı isə düşüncəsini itirər. Uğurlu kişilər isə qadının yox, öz düşüncələri ilə addım atırlar. Qadın sadəcə evdən çıxanda pencəyi geyinməyə kömək edir. Əgər kişinin uğuru qadınla əlaqələndirilirsə, uğursuzluğu da əlaqələndirilməlidir.
 
 
Məqsədim nə kişiləri, nə də qadınları aşağı göstərmək deyil. Nəticə olaraq onu deyirəm ki, qadınlar və kişilər azad, şüurlu və bərabər hüquqlu varlıqlardır. Uğur qazanmaq üçün bir-birinə ehtiyacları yoxdur. Uğur hər bir şəxs üçün fərdi və nisbidir, bu nisbilik şəxsə və zamana görə dəyişir.
 



 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!