Soyuq duş ilə arıqlamaq?

Soyuq duş ilə arıqlamaq?
Maraqlı məlumatlar
10.09.2017 28
İrlandiyalı idmançılardan ibarət olan iki qrupu araşdırdıqdan sonra –bir qrup yalnız idman, digər qrup isə idmanla bərabər soyuq duş qəbul edirdi- alimlər qərara gəldilər ki, soyuq duş qəbulu insan çəkisini aşağı salır. Məlum oldu ki, soyuq ilə təmasda olarkən dərinin səthində dərialtı damarlarda qan dövranı güclənir və təziq qalxır. Bunun hesabına metabolizm prosesi güclənir və orqanizm əlavə kaloriləri yandırmağa başlayır.
Damarların bu cür məşqi fiziki təziq zamanı köməkçi olur. Buna görə soyuq duş qəbulu ilə idman məşqlərini uyğunlaşdırmaq arıqlamaq istəyində müsbət nəticə verir. Lakin bilmək vacibdir ki, bu üsula başlamaq üçün hazırlıqlı olmaq lazımdır. Çünki hazırlıqsız olduqda pnevmaniya və ya bronxit xəstəliyinə tutulmaq mümkündür. Yeni başlayanlar birinci dəfələr üçün 1-2 dəqiqəliyinə soyuq su ilə yaxalanaraq kifayətlənməlidirlər. Gün keçdikcə soyuq duş prosedurunun müddətini uzatmaq lazımdır.Soyuq duş almadan öncə bədən tərli və ya məşqlərdən qızışmış olmamalıdır.
Prosedurun əvvəlində yüngül diskomfort hissi yaşaya bilərsiniz, lakin sonradan soyuq duşdan ləzzət alacaqsınız. Arıqlamaq effektini gücləndirmək üçün sellulita qarşı cod moçalka ilə sürtmək faydalıdır. Duşdan sonra isə antisellulit kremlərindən istifadə edin. Soyuq duşu hər kəsə istifadə etmək olmaz. Belə ki, tromboflebit, onkoloji proseslərdə, qan xəstəlikləri, təziq və aybaşı olduğunuz zaman soyuq duş qəbulu qadağandır. Soyuq duşdan sonra iştah açılır, lakin qida qəbulu məsləhətli deyil. Duşdan sonra ən yaxşısı şirə, qatıq və ya meyvə yeməkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!