Həyat...

Həyat...
Maraqlı məlumatlar
10.09.2017 27

Həyat... Nələr öyrənmədim ki, səndən...?!
Həyat... Nələr öyrənmədim ki, səndən...?!
Öyrətdin ki...
Gedənə qal deməyəcəksən... Gedənə qal
demək - yazıqlara, dönməyənə dön demək -acizlərə, layiq olana get demək - güclülərə yaraşar... Heç kimə layiq olmadığından artıq dəyər vermə, yoxsa dəyərsiz olan sən olarsan...Düşün... Kim incidə bilər səni, səndən başqa?
Kim doldura bilər içindəki boşluğu, sən istəməsən? Kim xoşbəxt edə bilər səni, əgər sən hazır deyilsənsə? Kim sevər səni, sən özün özünü sevməsən? Hər şey səndə başlayıb, səndə qurtarır... Yetər ki, ürəkli ol! Tükənmə, tükətmə, tükətdirmə içindəki yaşamaq sevgisini...
Ya çarə sənsən, ya da çarəsizsən...
Elə bir həyat yaşadım ki, cənnəti də gördüm,
cəhənnəmi də... Elə bir eşq yaşadım ki, aslı olmağı da gördüm, əl çəkməyi də... Bəziləri seyr edərkən həyatı ən qabaq tərəfdəki sıradan, özümü səhnədə tapdım və oynadım...
Elə bir rol verdilər ki, mənə - oxudum,
oxudum, anlamadım... Öz-özümə danışdım bəzən evimdə... Həm əsəbləşdim, həm güldüm halıma...
Sonra dedim ki, söz ver özünə...
Dənizləri sevirsənsə, dalğaları da sevəcəksən!
Sevilmək istəyirsənsə, əvvəlcə sevməyi biləcəksən!
Uçmağı bilirsənsə, yerə düşməyi də biləcəksən!
Qorxaraq yaşayırsansa həyatı, yalnız seyr edəcəksən!
Unutmayaq ki, əgər həyatın şirinliklərini qəbul
ediriksə, onun aclarını da qəbul etmək
məcburiyyətindəyik...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!