“Şəkillərdə pis düşürəm” deyənlər üçün

“Şəkillərdə pis düşürəm” deyənlər üçün
Maraqlı məlumatlar
10.09.2017 67
Bəzən şəkildə pis düşdüyümüzdən
şikayətlənirik. Bəzəndə başqalarını qısqanırıq ki, gözəl olmasalar da
şəkildə çox gözəl düşürlər.

[/b]
[b]


Ancaq bu şəkillərə baxdıqda ilk gördüyümüz
şey şəkil çəkdirərkən rahat olmalarıdır. Əgər sizdə səkil çəkdirərkən
qaçanlardansınızsa oxumağa davam edin…
Şəkil çəkdirərkən ən vacib şərt rahat
olmaqdır. Daha sonra poz verməyin şekil çəkdirərkən, daha doğrusu poz
verməmiş kimi görünün.
İçkili olduğunuz halda şəkil çəkdirmək məsləhət deyil. Hər nə qədər flaş parlaq olsa da gözlərinizin batıq görünəcək.
Uzadılaraq söylənən i hərfi dodaq
kənarlarının yuxarı qalxdığı üçün, çəkiliş zamanı "Money” kəliməsinin
deyilməsi məsləhət görülür.



Məhşur fotograf Jack Guy gün batan zaman
çəkilən şəkillərin daha gözəl olduğunu söyləyir. Kölgənin aşağıya doğru
olduğundan göz altındakı torbalar görünməyəcək və daha gənc
görünəcəksiniz.
Dilinizi dişlərinizin arxasında tutaraq gülümsəyərsəniz, üzünüz gərgin görünməyəcək.
Olduğunuzdan daha kök görünmək istəmirsinizsə, dik duraraq qollarınızı bədəninizə yaxın tutun ancaq bitişik tutmamaq şərti ilə.
Bir az yüksəkdən çəkilən şəkildə daha incə, aşağıdan çəkilən şəkillərdə isə daha uzun görünəcəksiniz.
Şəkil çəkdirməmişdən qabaq, bir anlıq gözlərinizi yumun. Çəkiliş zamanı açın. Fərqi özünüz hiss edəcəksiniz.



Eyni zamanda şəkil çəkdirərkən geyiminiz də
böyük rol oynayır. Daha çox klassik geyimlərə üstünlük verin. İllər
öncə çəkdirdiyiniz şəkili sevgilinizə göstərərkən: "Nə qədər gülünc
görünürəm, o vaxtın modası bu idi”- demək məcburiyətində qalmayın.
Şəkil çəkdirərkən eninə cızıqlı
paltarlardan "qaçın”. Belə geyimlər sizi qısa və kök göstərər. Uzun
belli şalvarlar və ətəklər sizi daha uzun və zərif göstərəcək.
Şəkil çəkdirdiyiniz yerə də diqqət edin. Geyiminizlə eyni tonda olan yerlərdən uzaqlaşın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!