Subaylar evli adamlardan nələri ilə fərqlənir?

Subaylar evli adamlardan nələri ilə fərqlənir?
Maraqlı məlumatlar
10.09.2017 24
İnsanlar, sizin tək
və kədərli olduğunuzu düşünə bilər. Lakin bu qətiyyən belə deyil.
Həyatınızın sevgisi isə rastlaşmamış olmağınız, həmişə tək qalacağınız
demək deyil. Siz sadəcə, subaylığın dadını çıxarın və üstünlüklərinizdən
istifadə edin.

                 
Ailə və dostlarınıza vaxt ayırın
Subay
olduğunuz zaman kimdənsə icazə almaq və planlarınızı ona görə müəyyən
etməyə gərək qalmayacaq. Ailəniz və dostlarınızla istədiyiniz qədər vaxt
keçirə bilərsiniz.

Flirt sərbəst
Subaylığın
ən əyləncəli tərəfi istədiyiniz adamla flirt edə biləcəyinizdir.
Dostlarınızla daha çox vaxt keçirə bilmək üçün yeni insanlarla tanış
olub yetərincə əylənə bilərsiniz. Həm də yaraşıqlı bir kişi sizə
yaxınlaşdığı zaman ondan qaçmaq lazım olmayacaq. Başqaları tərəfindən
bəyənilməyin zövqünü çıxarın.

Pis vərdişlər və xarakter
Sevgiliniz
olduğu zaman onu sevsəniz də, səbr etməli və əsəb pozucu xarakterə
dözməlisiniz. Hər 3 dəqiqədən bir gələn mesajlar və harada olduğunuzun
hesabını vermək kimi cansıxıcı bir işdən xilas olacaqsınız.

Xəyalllarınızı yerinə yetirin
Subay
olmaq sizin məqsəd və xəyallarınıza çatmağa kömək edəcək. Çünki bütün
vaxtınızı ona sərf edəcəksiniz. Böyük arzu və məqsədiniz varsa, ona
çatmaq üçün yaxşı çalışın.

Qruplarda və əyləncələrdə çoxlu vaxt keçirin
Subay
olmağın digər bir avantajı isə uzun müddət istəyib lakin edə
bilmədiyiniz işlərlə məşğul olmaqdır. Məsələn, hər hansı idman növü ilə
məşğul ola bilərsiniz. Əyləncələrə daha çox vaxt ayırın.

Özünüzü tanımaq üçün vaxtınız olar
Subay
olmağın digər bir üstünlüyü isə özünüzü tanımaq və hansı istiqamətdə
inkişaf etdirmək gərəkdiyinə qərar verə bilmək üçün vaxtınız olmalıdır.
Kimi həqiqətən sevdiyinizi, kimlərlə görüşmək istəmədyinizi və bu
müddətdə qərar verə bilərsiniz.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!