Arvadı onu atdı deyə, qonşuda 9 qadın öldürdü

Arvadı onu atdı deyə, qonşuda 9 qadın öldürdü
Maraqlı məlumatlar
10.09.2017 28
Hindistanın mərkəzi hissərində yerləşən Çxattisqarx ştatının polisi qadın və qızları kütləvi öldürən şəxsi yaxalayıb.
Cani balta ilə doqquz qadını öldürüb.
35 yaşlı Pandur Naqesiya Bexratoli kəndində həbs edilərkən onun üstündən cinayət aləti olan balta götürülüb. Onun qurbanları arasında 2 yaşdan 9 yaşa qədər olan beş qız, 25 yaşlı qız və 60 yaşdan yuxarı üç qadın olub.
Polis bildirib:
"İttiham edilən Naqesiya əvvəlcə 25 yaşlı qadına və onun 2 yaşlı qızına hücum edib. Onları öldürəndən sonra isə bir-bir qonşuları öldürməkdə davam edib”.
Versiyalardan birinə görə, Naqesiya uğursuz nikah yaşadığı üçün qadınları öldürüb. Hadisələrdən bir az qabaq onun arvadı onu atıb. Polis həm də güman edir ki, Naqesiya ruhi xəstəlikdən əziyyət çəkir.
O adətən hücumları səhər vaxtı, kişilər qonşu mədənə işləməyə getdikdən sonra törədirmiş.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!