İflic anası üçün bakirəliyini satır

İflic anası üçün bakirəliyini satır
Maraqlı məlumatlar
10.09.2017 8
Braziliyada 18 yaşlı Rebekka Bernardo adlı qız bakirəliyini hərraca çıxarıb. CNN məlumat verir ki, Bernardo bakirəliyini satmaq fikrində olduğunu bildirdi

Qızın dediyinə görə, iflic olan və yatağa məhkum anasını müalicə etmək üçün zəruri məbləği əldə etməyə çalışır.

Bernardo bakirəliyi ilə bağlı indiyədək çoxsaylı təkliflər aldığını, həmin təkliflər arasında 

"ən iri"sinin isə 35 min dollardan ibarət olduğunu deyib.

Rebekkanın anası qızının belə addımına qarşı çıxır: "Qızımın bakirəliyini satışa çıxarmasından çox narazıyam. Yaxşı olardı ki, Rebekka özünə bir iş tapaydı".

Ölkədəki telekanallardan biri isə bəyan edib ki, əgər Rebekka bakirəliyini satmaq fikrindən vaz keçərsə, onun anasının müalicəsi ilə bağlı xərcləri ödəməyə hazırdır.

Xatırladaq ki, üç ay əvvəl Braziliyada 20 yaşlı Katerina Muqliorini bakirləyini onlayn-hərracda 780 min dollara satmışdı.

Sapeaku şəhərində yaşayan, liseyin son kursunda oxuyan Rebekkanın sözlərinə görə, məqsədi anasını müalicə etdirməkdir.

Ofisiant işləyirəm və aldığım maaş anama qulluq üçün yetərli deyil. Anamın sağalmasını, özünü yaxşı hiss etməsini istəyirəm. Bunun üçün bakirəliyimi qurban verməyə hazıram", - Rebekka deyib.

Qonşuların dediklərinə görə, Rebekkanın böyük bacısı üç il əvvəl vəfat edib. Anadan olandan sonra atasını görməyən Rebekkanın ailəsi çox yoxsuldur.

Braziliyanın baş prokuroru Joao Pedro de Saboya Bandeyra de Mello Filyo isə bakirəliyin satışı ilə bağlı hərracın dayandırılmasını tələb edib.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!