Mən həyatı kənardan izləyənlərdənəm...

Mən həyatı kənardan izləyənlərdənəm...
Maraqlı məlumatlar
10.09.2017 12

 
Bir zamanlar həyatın ən qaynar mərkəzində olsamda,indi
həyatı kənardan izləyənlərdənəm.Səbəb?Daha çox iyrəcləşməmək,sonsuzluqda yox
olmamaq,gerçəkləşməyən ümüdlərə qapılmamaq üçün və daha artığı üçün.
 
Həyatı,yaşamı,insanları uzaqdan müşahidə edəndə dünyamız
necə görünür bilmək istəyirsiz?onda oxuyun
 
1)Gündüzlər əllərimizi dua ilə yuyub,axşamlar  günahla silərik
 
2)Səhərlər Namazla qalxar ,axşamlar yatağımıza haramla
girərik
 
3)Kimimizdə  Subh
namazına qalxmaq əvəzinə səhərin şirin yuxusunda şeytanla sevişərik
 
4)Azan səsləndiyində qulaqlarımızı tutar,cəlbedici musiqi
səsləndiyində ehtirasla cuşa gələrik
 
5)Kimilərimiz gecələrin görünməzliyinə sığınaraq
maskalarımızı çıxararıq
 
6)Kimilərimizdə daha böyük günahlara girmək üçün gecələrin
maskalanmasını gözlərik
 
7)Zahirimizi gözəlləşdirib daxilimizi pərdələyərik
 
8)Tanrı hər bağışlanma qapısını bizə açdığında,bağışlanmağa
ehtiyacımız yoxmuş kimi yaşarıq
 
9)Seriallara saatlarla baxarıq ,amma Kimsə dilində Allah
sözü dediyində kanalı çevirərik
 
10)Küçədə ətəyi yanının qırağından olan bir xanım gördüyündə
qeyrətli kişilərimiz kaşki mənimdə belə ana qadınım olsa deyər
 
11)Bəs niyə başdan ayağa ismətə bürünmüş bir xanım
gördüklərində kaşki mənimdə belə bir bacım olsa deməzlər?
 
12) İctimai nəqliyyata bir qoca qadın girdiyində kişi
qeyrətli oğlanlarımız ayağa dürmaqda ərinərlər
 
13)Bəs niyə gözəllər gözəli marşruta girəndə az qala hamı
ayağa qalxar
 
14)Bir zamanlar halalı olmaq üçün sevərdilər,indi yatağa
salmaq üçün
 
15)Kimisi pozulmuş namusunu yenidən yazmaq üçün ailə həyatı
qurar
 
16)Kimisidə nigahdan kənar uşağını başqasına sırımaq üçün
 
17)Bəzilərimiz başqalarına saatlarla tərbiyyə dərsləri
keçdiyimiz halda özümüz tərbiyədən uzaqlaşarıq
 
18)Bəzilərimizdə xəyanətlət və zinalar dunyasına təşrif
buyurarıq
 
19)Birimiz pak doğular.
 
20)Birimizdə son nəfəsimizdə də olsa kirlənmiş namusumuzu
kəlmeyi-şəhadətlə təmizləməyə çalışarıq
 
21)Üzü süni gülüşlərlə qocalmış o
qədər qoca varki həyatda.
 
22)Ya
da gülməyin nə olduğunu doğulduğu gündən indiyə kimi bilməyən gənclər!
 
Yazdıqca
qurtarmaz həyat müşahidələrim.Amma yazmıyacam ardın.Çünki yazdıqca daha çox
murdarlaşır mövzum.Həyatı  görmək
istədiyimiz kimi deyil gördüyümüz kimi niyə dərk edə bilmirik axı??Sol əlimizə
verilən həyat kitabımız hələdəmi bizə ağırlıq etmir?Bu qədərmi güclüyük?Mənim
bu  qədər gücüm yoxdu...
 

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!