Cadugər yanına gedən məmurlar

Cadugər yanına gedən məmurlar
Maraqlı məlumatlar
10.09.2017 32


Azərbaycanda əhalinin falçılara və cadugərlərə xərclədiyi məbləğ bəlli oldu


«Azərbaycanda
falçılıq və cadugərliyə 2012-ci ildə 200 milyon manat pul xərclənib».
Bu barədə "Exo" qəzetinə İqtisadiyyat və Sosial Araşdırmalar mərkəzinin
nümayəndəsi Vüqar Bayramov məlumat verib.



Onun sözlərinə görə, bu əvvəlki illərlə nisbətdə fantastik artımdır.

"Əvvəllər
bu göstərici daha aşağı idi. Xərclənən məbləğ heç 100 milyon manata
çatmırdı. Ancaq ötən il apardığımız monitorinq bizi pis mənada
təəccübləndirdi. Göstərici 2 dəfədən də artıq artmışdı", - deyə ekspert
bildirib.

Bundan əlavə statistika nəticəsində Rusiyada əhalinin
cadugərlərə xərclədiyi pulun göstəricisi də bəlli olub. Məlumata görə,
Rusiyada hər il ekstrasenslərə 30 milyard dollara qədər pul xərclənir.

Psixoloq Azad İsazadənin fikrincə isə insanların ekstrasenslərə müraciət etməsinin əsas səbəbi həkimlərə inamın azlığıdır.

Bu
məsələylə bağlı əməkdaşımız cadugərliklə məşğul olan və adının
çəkilməsini arzulamayan şəxslə əlaqə saxlayıb. O, qazancının ötən illərə
nisbətən artıb-artmadığını açıqlamasa da, çox maraqlı fikirlər
səsləndirib: "Mən qazancımla bağlı heç bir açıqlama vermək istəmirəm.
Yalnız onu deyə bilərəm ki, şikayətçi deyiləm. Bu işlə çoxdan və
professional şəkildə məşğul olduğumdan mənə müraciət edənlər kifayət
qədər çoxdur. Hətta müştərilərim arasında çox yüksək vəzifə sahibləri
olan tanınmışlar da var”.

Amma o, bütün cəhdlərimizə rəğmən həmin "yüksək vəzifə sahibləri”nin adlarını açıqlamaqdan imtina etdi.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!