Gələcəyini bilirdim

Gələcəyini bilirdim
Maraqlı məlumatlar
10.09.2017 135
 Müharibənin ən qanlı günlərindən biri...Bir əsgər,dostunun bir az irəlidə qanlar içərisində yerə düşdüyünü gördü.İnsanın başını bir saniyə belə qaldıra bilməyəcəyi güllə yağmuru altındaydılar.Əsgər komandirinə doğru qaçdı:

- Komandirim qaçıb dostumu gətirə bilərəmmi?

"Hər halda dəli olub" deyə düşünən komandir:

- Getməyə dəyərmi? Dostun qanlar içində, güllədən deşik-deşik olub, böyük ehtimal hətta ölüb. Öz həyatını təhlükəyə atma dəyməz. Onsuzda ölüb. - Dedi.

Əsgər təkid etdi. Komandir:

- Yaxşı - dedi. Get onda.

İnanılması çətin idi,əsgər o qorxunc güllə yağışı altında dostuna çatdı. Onu kürəyinə alıb, qaça-qaça qayıtdı. Birlikdə sipərin içinə düşdülər. Komandir qanlar içində olan əsgəri müayinə etdi. Sonra onu sipərin içinə çatdıran əsgərə dönüb:

- Sənə dəyməz. Həyatını təhlükəyə atmağa dəyməz dedim. Onsuz da ölüb.

- Dəydi komandirim, dəydi. Dedi əsgər.

- Necə dəydi? Bu adam ölüb. Görmürsənmi?

Əsgər komandirm baxaraq:

- Yenədə dəydi komandirim. Çünki, yanına çatdığımda, hələ ölməmişdi. Onun son sözünü eşitmək, dünyaya dəyərdi mənim üçün.

Və dostunun son sözlərini hıçkıraraq təkirarladı:

- "Dostum, gələcəyini bilirdim".

P.S: Bəs siz sonunda ölüm olsa belə, bu hərəkəti edərdinizmi?
 





 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!