Qəlbinizi qıran bir insanı necə bağışlayarsınız? ‘Bağışlamanın 4 addımı'

Qəlbinizi qıran  bir insanı necə bağışlayarsınız? ‘Bağışlamanın 4 addımı'
Maraqlı məlumatlar
10.09.2017 21
İncidiyiniz, qırıldınız və ya aldadıldınız. Heç layiq olmadığınızı düşündüyünüz bu çətin duyğuyla baş etməyə çalışdınız. Və onu əsla bağışlamaq istəmirsiniz. Bağışlamaq sizin üçün onun yanına qalması demək, rahat nəfəs alması deməkdir. Təbii ki qarşınızdakını bağışlamaq mütləq sizin verməniz lazım olan bir qərar olacaq. Ancaq son araşdırmalar bağışlama ilə əlaqədar bizə daha müsbət və yeni bir yön göstərir.

Psixologiya İstanbul Məsləhətçilik Mərkəzindən Ekspert Psixoloq Aytun’un verdiyi məlumatlara görə, edilən araşdırmalar hirs, inciklik və hisrliliyin yerinə bağışlaya bilmənin fiziki sağlamlıq üçün bəzi faydaları olduğunu göstərir. Bağışlamanın stres hormonlarını azaltdığını, immunitet sistemini gücləndirdiyini, qan təzyiqini normallaşdırdığını, mədə-bağırsaqla əlaqədar çətinlikləri və bədən ağrılarını azaltdığını göstərir. Bu faydalarına baxmayaraq bağışlamanın o qədər də asan olmadığını bilirik. Əvvəlcə bağışlaya bilmək üçün aşağıdakı dörd ana ünsürü yerinə yetirmək lazımdır.

1. Duyğuları İfadə etmək

Sizə qarşı edilən şey hər nə olursa olsun əvvəlcə sizə bu vəziyyətin nə hiss etdirdiyini çox yaxşı bir şəkildə ifadə etməniz lazımdır. Bu yaşanan şey sizə hirs, xəyal qırıqlığı, hüzn hiss etdirə bilər. Bunu ola bildiyincə xaricə vurmağa və ifadə etməyə çalışın. Mümkünsə duyğularınızı bunu sizə edən adama ifadə edə bilməniz çox yaxşı olar. Əgər belə bir imkanınız yoxdursa bu hislərinizi yaxın bir yoldaşınızla paylaşa bilər, içinizi tökdüyünüz bir məktub yaza bilər və ya qışqıra çağıra ağlaya bilərsiniz. Hislər belə quruluşun tərəfindən keçdimi? Ehtimalla keçmədi. Bu addıma davam edərkən digər addımları da yerinə yetirin.

2. Səbəbi Anlamaq

Beynimiz təmin olana qədər bu vəziyyət üçün bir sıra şərhlər tapmağa çalışar. Bu səbəblər bizə çatmasa da bu hadisənin səbəb olduğuna dair şərhlərə sıx olaraq ehtiyac duyarıq. Bəzi vəziyyətlərdə bunun başınıza təsadüfən gəlmiş ola biləcəyini düşünmək faydalı ola bilər.

3. Güvəni Təzələmək

Bağışlayacaq adamın bu hadisənin təkrar etməyəcəyinə dair xətiri sayılar səviyyədə bir güvən duyması lazımdır. Bunu sizə edən adamdan müvəffəqiyyətli bir üzr cəhdi gəlsə də, gələcəkdə ola biləcək bir vəziyyəti düşünər və özünüzü müdafiə etmə də hiss edə bilərsiniz. Bağışlamağı təmin etdiyinizdə güvənin 100% olmasa da sizi təmin edəcək miqdarda olmalıdır.

Bu üç addımla yaşadığınız hadisəsəni anlamış olacaqsınız. Necə hiss edirəm, Nə olduğunu necə anladım və bunun təkrarlamayacağını necə bilirəm addımları.

4. Bağışlamaq və Əlaqəyə Təkrar Başlamaq

Bu addımla artıq kin tutmayacağınıza dair də bir söz vermiş olursunuz. Məsələn bu bir evlilik əlaqəsidirsə bir daha keçmişdə olan bu hadisə üçün yoldaşınızı günahlandırmayacaq, müzakirə etdiyinizdə bu mövzunu gündəmə gətirməyəcəksiniz. Bağışlama addımı ilə sizin zərər çəkmiş amma qarşıdakına görə (haqlı və haqsızlığa uğramış olduğunuz üçün) daha güclü olan mövqeniz də təkrar bərabərlənmiş olacaq. Şübhəsiz rahatlamış bir şəkildə bu addımı reallaşdırmaq sizə və sağlamlığınıza çox yaxşı təsir bağışlayacaq. Ancaq bu addımı reallaşdırmaq əvvəl 1. 2. və 3. addımları reallaşdırmadan mümkün ola bilmir. Bunu reallaşdıra bildiyinizdə isə qisas alma, kin tutma, küsmə, kimi duyğular yerini təkrar əlaqəyə keçmə, əlaqə qurma, kef, sevinc kimi müsbət duyğulara buraxır. Bu duyğulardan hansılarının sağlamlığımıza daha yaxşı gələcəyini hiss çox çətin deyil.

Tərcümə Etdi:
NİGAR_CAVAD



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!