Ayaqqabı vurması

Ayaqqabı vurması
Maraqlı məlumatlar
10.09.2017 23
Başıma gəldiyi üçün bilirəm. Dünyanın ən çətin işlərindən biridir məncə. Çox sevərək və bəyənərək bir ayaqqabı alırsız. Deyirsizki, ayağınıza tam olur. Evə gətirirsiniz, təkrar geyib baxırsınız, yenə bir şey yoxdur. Ertəsi gün işə getmək üçün evdən yeni ayaqqabınızla çıxırsınız. Bir neçə addım atırsınız. Aman Allahım! Bu nə iztirab? Yeni ayaqqabınız o günü və ondan sonrakı günləri sizə zindan etmək üzrə hazırlanmış bir canavara çevrilir. Ekspertlər ayaqqabı vurmasına qarşı bizi xəbərdar edir.

- Ayaqqabı seçərkən çox diqqətli olmalısınız. Satıcının "geydikcə açılar" kəlmələrin əsla aldanmayın. Sınadığınız ayaqqabının heç bir yeri sizi narahat etməməlidir.

- Ayağınızı vuran, günahkar ayaqqabı təsbit edildikdən sonra, onu geyməkdən dərhal imtina edilməlidir.

- Ayaqqabı mütləq axşam saatlarında sınanaraq alınmalıdır. Çünki, axşam saatlarında ayaqlar bir miqdar şişir, ayaqqabınızı gündüz alsanız, eyni axşam qaytarmaq məcburiyyətində qala bilərsiniz…

- Döyənək və ya yara meydana gəlməsinə gətirib çıxaran ayaqqabınızı qətiliklə bir dəfə belə geyməyin. Bir neçə gün içində yaxşılaşmayan döyənək və yaralar üçün də mütləq həkimə müraciətin.

- Gün içində sizi rahatlatlaşdıracaq modellər seçilməlidir.

- Ayaqqabı istehsalında istifadə edilən vəsaitlər də keyfiyyətli, tərlətməyən, qoxu yaraqmayan vəsaitlər olmalıdır.

Tərcümə etdi:
NİGAR_CAVAD

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!