++++++++Bir Duruşunuz Olsun

++++++++Bir Duruşunuz Olsun
Maraqlı məlumatlar
10.09.2017 6
"Özünüzü Sevin!" Bu şüarı hər yerdə hər vaxt tez-tez eşidirik. Yaxşı bunun üçün bir səy göstəririk?Sevgi əmək istər. Əmək vermədiyiniz sevgi, sevgi deyil. Birdə bu anlayışa özünüzə hörmət duymaq  lazım olduğunu da əlavə etmək istəyirəm. Özünüzə duyduğumuz hörmət ilə, qanunlarına bağlı bir fərd halına gələcək, ətrafınızdakıların da hörmətini qazanacaqsınız.

Bu söylədiklərimihəyata keçirmək heç asan deyil onu da bilirəm. Amma bunu da çox yaxşı bilirəm ki, biz çətin olanı da bacararıq! Bəzi şərtlər var ki, sizi birlik içində axtarılan darıxılan bir fərd halına gətirər.

- Zarafat qabiliyyətinizi inkişaf etdirin. Bol bol gülün bol bol güldürün amma təbiiki hədləri aşmamaqla və yerində.

- Çox kitab oxuyun. Çox oxuyan insan qısa müddət içərisində digərlərindən açıq aşkar fərqlənər. Çox oxumaq sizi fərqli və cazibədar edər. Məlumat təcrübənizi, söz ehtiyatınızı genişlədər, aydın danışmanızı təmin edər. Çox oxumaq söhbət əsnasında tıxanıb qalmanızı da maneələr. Mütləq danışacaq bir şeylər olar ağılınızın bir küncündə.

- Ətrafınızdakı insanlara köməkçi olun. Unutmayın xoşbəxtliyin tək qaydası vardır :Xoşbəxt etmək.

- Heyvanları sevin və mümkünsə evdə bir heyvan saxlayın. Heyvan sevgisi sizə xoşbəxtlik olaraq geri dönəcək.

- Sevdiklərinizi bezmədən u dinləyin. Fikirlərini alın, məsləhətləşin. Sizin üçün əhəmiyyətli olduqlarını onlara mütləq hiss etdirin.

- Daim ışıl ışıl, baxımlı, nizamlı olun. Bir tərziniz olsun, qaydalarınız olsun. Qaydalarınızı yalnız siz istəsənizdə dəyişdirin . Bir başqasının bunu etməsinə icazə verməyin.

- Ən az bir mövzuda məsləhətləşin. Məsələn gözəl yemək hazırlamağı öyrənin və bunu hər fürsətdə dostlarınızla paylaşın.



Tərcümə Etdi:
NİGAR_CAVAD



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!