Bir gəncin iztirabları

Bir gəncin iztirabları
Maraqlı məlumatlar
10.09.2017 9


Gənc oğlan məhhəbət dəryasına atılır. Bu dəryadan heç bir aşiqin çıxmadığını bilə-bilə. Gözəl bir qıza vurulur. Bu məhəbbət adi bir məhəbbət deyildi. Məcnunu səhraya salan, Fərhada dağları çapdıran məhəbbət idi. Gözəl qız isə bu sevgidən xəbərsiz öz aləmində yaşayıryırdı. Bir neçə ay ötüb keçəndən sonra oğlan məhəbbətə dözə bilməyib qəlbini qıza açır:
Sənə vurulmuşam, ay gözəl,
Sənsiz çəkirəm qəmi- kədəri.
Gənc elə düşünürdü ki, çəkdiyi məhəbbət istirabdır. Amma məhəbbət istirabının dalda qaldığından xəbərsiz idi. Qız isə öz cavabında :
Axı hələ mən sevmirəm heç kəsi,
Tezdir mənimkən üçün sevgi nəgməsi.
Gözlərindən peşmançılıq yağan gənc sanki dili lal oldu. Heç bir söz deyə bilmədi. Günlər, aylar bir-birini əvəz etdi. Gözəl qız yenə heç kəsi sevmırəm deyir sanki oğlana ümid verirdi. Gənc isə yalan ümidlə yaşayır, həyatdan və özündən çox sevdiyi qızdan nə isə gözləyirdi. Nəhayət bir il tamam oldu, qarşılıqsız məhəbbət artıq gəncin gecəsini gündüzünə qatdımışdı. Hər dəqiqə hər an onun xəyalı ilə yaşayırdı. Nə qəlbindəki məhəbbət nə də xəyallar bitirdi. Bir gün hər şeyə son qoyuldu. Gözəl sandığı qız gəncin sevgisinə əhəmiyyət verməyib özgə birini sevməyə başladı.  Beləcə təmiz məhəbbətə ləkə vuruldu. Necə illər gəncin qəlbində bu məhəbbət o qızın qəlbində isə özgə biriləri yaşadı. indi həmin gənc o illərə, o sevgiyə, o məhəbbətə heyflənir. Heyf o sevgiyə, o məhəbbətə.



 Həyatda heç bir vaxt xarici gözəlliyə aldanmaq lazım deyil. İnsan öz sevgisi ilə xarici çirkinliyi
belə gözəlləşdirə bilər, amma daxili çirkinliyi gözəlləşdirmək mümkün deyil!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!