Dostluq haqqında maraqlı bir hekayə

Dostluq haqqında maraqlı bir hekayə
Maraqlı məlumatlar
10.09.2017 297
 


Uşaqlıq dostu olan iki mömin uzaq səfərə çıxır. Səfər günlərindən biri onların arasında mübahisə düşür və dostlardan biri digərinə sillə vurur. İncik düşən dost bir söz demədən dostunun üzünə baxır, sonra qum üzərinə bu sözləri yazır:" Bu gün uşaqlıq dostum mənə sillə vurdu".
Beləcə onlar yollarına davam edirlər, nəhayət, bir meşəyə çatırlar. Vurulan dost meşədəki bataqlıqa düşür. Dostu onu xilas edir. Xilas olan dost bu dəfə daşın üzərinə bu sözləri yazır; " Bu gün dostum həyatımı xilas etdi"
Dostu ondan soruşur;
- Bir neçə gün əvvəl sənə sillə vurduqda bunu qumun üzərinə, indi, xilas edəndə isə daşın üzərinə yazırsan. Bunların mənası nədir?
Xilas olan dost belə cavab verir
- Biri xətrimizə dəydikdə bunu qumun üzərinə yazmalıyıq ki, mərhəmət küləyi onu tez silib bizə unutdursun. Biri yaxşılıq etdikdə isə onu daşın üzərinə yazmalıyıq ki, həm bizim, həm də əbədi olaraq başqalarının xatirində qalsın.
Acıqlarımızı quma, yaxşılıqlarımızı daşlara yazmağı öyrənməliyik. Yaxın dost tapmağa bir neçə dəqiqə sərf etsək də, onu unutmağa bir ömür lazım olur.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!