Ümid Daşı

Ümid Daşı
Maraqlı məlumatlar
10.09.2017 5

Mütləq bir ləl-cəvahirat idi tapdığı. Forması da bir insan ürəyi kimi idi. Üstəlik par-par parlayırdı. Uşaq daşı ovcuna alıb evə qaçdı. Və onu böyük bir həyəcanla atasına uzatdı. Adam balasının soyuqdan göyərmiş ovucundakı daşın bir-birinə sürtüldüyündə qığılcım çıxaran bir çaxmaq daşı olduğunu dərhal anladı. Lakin bunu ona demədi. Kiçik uşaq yuxularını bəzəyən velosipedə qovuşmaq üçün əlindəki daşı satmaq istəyir və o pulun bir hissəsiylə bir də top ala biləcəyinə inanırdı. Lakin atası buna xoş baxmırdı. 

Uşaq işi həll edəcəyini anladığında tətildə simit satdığı bazara getdi. Zərgər vitrinləri göz qamaşdıran işıqların işıqlandırdığı qızıl boyunbağılarla dolu idi. Bir də əlindəki daşın çox daha kiçik olanlarıyla bəzənən bahalı üzüklərlə. Uşaq ən dəbdəbəli mağazanı gözünə kəsdirdikdən sonra bir müddət vitrin qarşısında gözlədi. İçəridə dükan sahibi olduğu aydın olan bir adam vardı. Müştəri olaraq da kürklü bir xanım. Kiçik uşaq bir az sonra içəri girdi. Və cibindən çıxardığı daşı dükan sahibinə uzadaraq: 

"Bu brilyantı dəniz kənarında tapmışam. Əgər istəsəniz sizə sataram." Dedi. Adam daşa uzaqdan bir nəzər salıb: "O yalnız sadə bir çaxmaq daşıdi. Bütün sahil o daşlarla doludur." Dedi."Xeyr!" deyə atıldı kiçik uşaq.

"İstəsəniz isladın nə qədər parladığını görəcəksiniz." Dükan sahibi zəngin müştərisini qaçırmaqdan qorxur və uşağı qolundan tutub atmağı planlayırdı. Zərgərin müştərisi olan qadın onun niyyətini başa dümüşdü. Uşağın daşına yaxından baxıb:

"Tam istədiyim şey!" Deyə gülümsədi."Onu mənə satarsanmı?" Kiçik uşaq daşının gerçək dəyərini anlayan biriylə qarşılaşmış olmaqdan son dərəcə xoşbəxt idi. Qadının cibinə doldurduğu pullar isə ağılını başından almışdı. 

Dəfələrlə təşəkkür etdikdən sonra qaçaraq uzaqlaşdı. Qadın əlindəki daşı zərgərə verərək ona bir zəncir taxmasını istədi. Aydındır ki ləl-cəvahirat kimi daşıyacaqdı.Dükan sahibi etmiş olduğu xəbərdarlığı anlamadığı üçün qadının aldandığını düşünürdü. Buna görə: "Söyləmişdim amma təkrar edim! Satın aldığınız şey sadə bir daşdır." Qadın əvvəl brilyant boyunbağısına daha sonra da üzüyünə baxaraq: "Zənn etmirəm!... O daş məncə bunlardan daha qiymətli çünki kiçik bir uşağın ümidini daşıyır..." dedi..



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!