Keçmişinizdən alacağınız həyat dərsi

Keçmişinizdən alacağınız  həyat dərsi
Maraqlı məlumatlar
10.09.2017 17
Gənclikdə
bəzi səhvlər etmiş ola bilərsiniz amma əslində zənn etdiyin qədər bir səhvlər
silsiləsindən ibarət dəyil həyatınızın
keçmiş dövrləri. Olğunluq
çağınız ən doğruları
etdiyin zamanlar olmaya bilər.
Gəlin,
birlikdə keçmişimizdən həyat dərsi çıxaraq.
Pul vermədən də əylənə
bilərsiniz
İndilərdə evlə iş arasında qalmısız deyilmi? Bir az əylənmək sizin də haqqınızdır.
Amma bir dəqiqə! Əyləncə deyincə dərhal ağılınıza ovuc dolusu pul xərcləmək gəlir? Bir az
geriyə dönün və məktəb çağlarınızda
heç pul xərcləmədən ya da çox az pul xərcləyərək necə
əylənərdiniz, xatırlayın.
Dostlar puldan daha əhəmiyyətlidir
Şagirdlik
illərində necə də əhəmiyyətli idi yoldaşlarınız sizin üçün, deyilmi?
Artıq iş həyatına girdiniz və pul qazanmağa
mərkəzləndiniz. Amma pul heç bir zaman yoldaşların yerinə keçə
bilməz. Kariera pillələrini dırmaşmaq, sizə prioritetin dostlarınız olduğu gerçəyini
unutdurmamalıdır, onlara zaman
ayırıb lazım olan dəyəri verməlisiniz.
Günorta
yeməyi üçün qidalanma çantası hazırlamaqdan qaçmayın. Eynilə uşaqkən etdiyin
kimi günorta yeməkləriniz üçün yanınızda
bir qidalanma çantası
daşımağa nə deyərsiniz? məktəb
zamanları ananız sizə
mətbəxdə nə varsa hazırlayıb
verərdi ya, siz də bunu yetişkinlik həyatınızda
tətbiq edə bilərsiniz. Beləcə həm evdə bişmiş, möhkəm yeməklərlə qidalanarhəm də çöldən yemək almaq üçün çoxpul xərcləməmiş olarsınız.
Yollar yerimək üçün sizi gözləyir
Necə
də gözəl yeriyərdiniz yolları
əvvəllər… Taxardınız
qulaqlarınıza qulaqcığı… Nə dərd, nə yorğunluq…
Yaxşı, indi nə oldu sizə? Hər yerə avtomobilinizlə ya da taksiylə
getməyə başladınız? Sonra da qarnınıza sıxlaşan
yağlardan şikayət edərsiniz. Keçmişi xatırlayın və o günlərdən əslində
bir şeyinizin əskik olmadığını,hələ
şagirdlik çağındakı qədər güclü olduğunuzu
düşünün, özünüzü yerimənin azadlığıyla
bir dəfə daha tanış edin.
Bir
yerdən başlamalısınız
Karieranızı dəyişdirmək istəyirsiniz? O halda ən başdakı sizi düşünün. O ilk məzun olduğunuz
zamanlardaki sizi… Baxışınızı,
kariera xəttini tamamilə dəyişdirmək niyyətindəsinizsə,
hər şeyi sıfıra endirin və nə etmək istədiyinizi düşünməyə
başlayın.
Ən
yaxşı hədiyyələr hər vaxt mağazalarda
satılmaz
Keçmişdə sahib olduğunuz pul məhdud idi. Xərcləmə
edərkən çox daha incə ələyib sıx
toxuyardınız bəlkə də. O səbəblə sevdiklərinizə hədiyyə almaq lazım olduğunda pul xərcləmədən
bu işin necə öhdəsindən gələcəyinizə diqqət yetirin. İndi sizi nə
tutar? Hədiyyə almaq üçün mağaza mağaza gəzməkdən,həmişə eyni markalardan
hər kəslə eyni hədiyyələri almaqdan sıxılmadınızmı? O halda sevdiklərinizə
əl işləməsi hədiyyələr təqdim etməyə nə
deyərsiniz?
Bağlayın televizoru
Ən çox oxuduğunuz
və kitablarla
özünüzü qidalandırdığınız vaxtlar, böyük ehtimalla şagirdlik illəriniz idi. İndi
isə iş həyatında oxumağa fürsət tapa bilmədiyinizdən şikayətlənə
bilərsiniz. Şagirdlik dövründə, televiziya qarşısında ömür keçirdiyiniz üçün
kiçik hesab etdiyin yetkinlərin vəziyyətinə özünüz düşdünüz? Sizi bu
vəziyyətdən ancaq siz qurtara bilərsiniz! Bir az
bağlayın televizoru, keçmiş günlərdə kitablar arasında nə qədər xoşbəxt olduğunuzu
xatırlayın və
özünüzü oxuma macərasına həsr edin.





Tərcümə Etdi: NİGAR_CAVAD
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!