++++++++++Bütün Həyatım

++++++++++Bütün Həyatım
Maraqlı məlumatlar
10.09.2017 15

 


Qaranlıq üstümə gəlir. İndi başa düşürəm kəfən yalnız dirilər üçün ağdır.

Dar məzarda qiyamətə kimi qalacam deyəsən.

Bütün həyatımı fikirləşirəm, görəsən günahlarım çox olub?

Doğuldum ciyərlərimə havanın dolması üçün.

1 yaşımda mənə süd vermələri üçün ağladım.

5 yaşımda ən çox məni sevmələri üçün

ağladım.

6 yaşımda məni məktəbə qoydular. Ətrafımdakıları tanımadığım üçün ağladım.

10 yaşımda ilk "2”mi almışdım. Hamının içində ağladım. 16 yaşımda ilk sevgimi tapdım.

Mənə xəyanət elədikləri üçün ağladım.

18 yaşımda universitetə girə bilmədim.

Utandığım üçün ağladım.

21 yaşımda ailə həyatı qurdum, anamdan ayrılacağım üçün ağladım.

31 yaşımda mənə iftira atdılar, yaxınlarım inanmadığı üçün ağladım. 

45 yaşımda yeganə övladım evdən qaçdı, çəkdiyim əziyyətlərə görə ağladım.

55 yaşımda həyat yoldaşım xərcəng xəstəliyindən vəfat etdı,

ilk dəfə özümü tək hiss etdiyim üçün ağladım.

63 yaşımda qocalar evində mənə görə ağlayacaq heç kəsin olmadığına görə ağladım.








 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!