Həyata təkcə öz pəncərənizdən baxmayın

Həyata təkcə öz pəncərənizdən baxmayın
Maraqlı məlumatlar
10.09.2017 17
-Aygünə nə olub? Sanki küsüb, əvvəlki

kimi deyib gülmür...

-Yeniyetməlik problemləridir. Vaxt

keçdikcə hər şey öz qaydasına

düşəcək. Biz də bir vaxtlar eyni

problemləri yaşamadıqmı?.. -Nərgiz xala Aygünlə tez-tez söhbət

edirsinizmi?

-Bu necə sualdır, əlbəttə edirik.

-Yox, elə demək istmədim. Yəni,o

hisslərini sizinlə bölüşürmü?

-Mən belə şeyləri başa düşmürəm, ancaq onu bilirəm ki, atası

son vaxtlar onu tez-tez danlayır. Aygün

də bəzi işləri bizdən xəbərsiz

görür. Atası xəbər tutsa, heç bilmirəm

necə olacaq.

Aygün orta məktəbin onuncu sinifində oxuyur. Universitetə hazırlaşmaq üçün

hazırlıq kursuna gedir. Ailəsi də onun

imtahanlara yaxşı hazırlaşması üçün

əlindən gələni edir. Ancaq son vaxtlar

Aygün özünü çox narahat hiss edir. Bir

tərəfdən yeniyetməlik problemləri, bir tərəfdən də stress onu rahat

buraxmır. Tez-tez əsəbiləşir, bəzən də

yoldaşlarının təsiri altına düşür. Atası

onu kursa göndərdiyi üçün çox

sevinir. Ancaq atası bir ata kimi öz işini

yalnız kursun pulunu ödəməkdə görür. Artıq üç həftədir ki, nə məktəbdəki, nə

də kursdakı dərsləri ilə məşğul ola

bilir. Sevginin nə olduğunu bilməsə

də, rəfiqələri tez-tez bu mövzudan

danışırlar. Özünü yelkəni qopmiş bir

qayıq kimi hiss edir. Dənizdə təkbaşına "dalğalarla mübarizə aparır”. "Nə

etməliyəm?” sualına heç cür cavab tapa

bilmir...

Birdən Aygünün qapısı döyüldü. Bir

anlıq çaşıb qaldı. Uzun müddət idi ki, heç

kim onun qapısını döyməmişdir. Tez qalxıb qapını açdı:

-Doğrusu çox təəccübləndim. Bizim

evdə qapını heç kim döymür.

-Yenə nə olub, dərin xəyallara qərq

olmusan?

-Hansını deyim ki? Ürəyim sıxılır. Özümü uşaq kimi hiss edirəm. Həyata nikbin

baxa bilmirəm...

Sevinc Aygündən 5 yaş böyük idi. Bir

anlıq beş il əvvəl yaşadıqları ağlına

gəldi:

-Bir vaxtlar mən də sənin yaşadıqlarını yaşadım. Odur ki, səni yaxşı başa

düşürəm. Məktəb, universitet mənə boş

şey kimi gəlirdi. Bir neçə il sonra

evlənəvək, oğul-uşaq sahibi

olacaqdım. Həyat mənim üçün dörd

divardan ibarət bir otaq idi. Ancaq bir yaz günü pəncərədən həyətə baxanda

harada səhv etdiyimi anladım. O avxt

evimiz dördüncü mərtəbədə

idi. Otağımdan salona qaçdım. Salonun

pəncərəsini açıb küçəyə

boylandım. İnsanlar hara isə axışır, hər tərəfdə həyat qaynayırdı. Halbuki

mənim otağımın pəncərəsi kiçik bir

daşlığa açılırdı. Mətbəxə qaçdım. Eyvana

çıxıb pəncərələri açdım. Uzaqdan

dənizin mavi ləpələri parıldayırdı. Bir az

uzaqda isə adalar var idi. Bu gözəllikləri daha əvvəl niyə görmədiyimə

təəssüfləndim. Hər şey çox gözəl

idi,ancaq mən bu gözəlliyi ilk dəfə idi ki,

"kəşf etdim”. Düşündüm ki,evimiz bir

olsa da, pəncərələrinin hərəsi bir tərəfə

açılır. Deməli,biz də həyata yalnız öz pəncərəmizdən baxmamalıyıq...

Həmin gün Aygünlə Sevinc evin

otaqlarını gəzib pəncərələrdən çölə

baxanda Nərgiz xala heç nə başa

düşmədi. Ancaq bildiyi bir şey var idi

ki, o gündən Aygün tamam başqa bir qız oldu...




[justify][/justify]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!