Alimlər süni dəri ixtira etdilər

Alimlər süni dəri ixtira etdilər
Maraqlı məlumatlar
10.09.2017 26

Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatın (TÜBİTAK) yardımı ilə Türkiyədə ilk dəfə süni dəri istehsalı həyata keçirilib. Dərinin təcrübə mərhələsi müvəffəqiyyətlə başa çatıb və eyni üsulla ixtira olunan süni sümük işinin təcrübə müddəti isə davam edir. Koç Universitetinin professoru İsmayıl Lazoğlu bildirib ki, kompüter mühitində üçölçülü hazırlanan virtual dəri istənilən formada fiziki dəri formasına çevirə bilir. Bu üsulla yaxın zamanlarda xəstənin öz bədənindən alınan hüceyrələrlə, qırılmış sümük qisimlərinin kompüter tomoqrafiyası görüntülərindən xəstəyə xüsusi sümük qaynaqlarının və ya yanmış dəri hissələri üçün dəri istehsal etmək mümkün olacaq. Amma Lazoğlu bunun üçün hələ qarşıda 2 il vaxt olduğunu bildirib.

Qeyd edək ki, bu layihə TÜBİTAK-a 148 min lirəyə başa gəlib.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!