Güzgüdəki rəqib

Güzgüdəki rəqib
Maraqlı məlumatlar
10.09.2017 10
Özünü bəyənmiş, xudbin insanları heç kəs sevməz. Belə insanları sevən olsa da, bunu öz manəfeləri üçün edərlər. Xudbin insanlar öz mənfəəti xatirinə başqalarının haqqını rahadlıqla qəsb edə bilirlər. Qısaca, bu xarakterli insanlar xoşbəxtliyi başqalarının haqqını tapdalamaqda görürlər. Belələri həmişə: ”Mən, mən...” - deyirlər. Ona görə də xudbinliyi və acgözlüyü ucbatından başına çox işlər gələr. Çox vaxt da bu xislətlərindən ziyan görərlər.

Gəlin sizə xudbin və acgöz bir çobanın əhvalatını danışım:

Keçmiş zamanlarda bir çoban qucağında quzusu, əlində çomağı ilə şəhərə gəlir. Niyyəti varlı bir ağanın sarayına gedib, quzusunu vermək əvəzində də ağadan hədiyyələr almaq imiş.

Çoban bir sarayın qarşısında dayanır. Ev sahibinin də həmin vaxt evdə olacağını düşünüb, qapıdakı qulluqçudan icazə istəyir və saraya girir. Qucağında quzusu, əlində çomağı ilə sarayın salonunda çaş-baş, sağa-sola baxaraq, irəlləməyə başlayır. Salonun axırındakı nərdivanlara yaxınlaşanda bir də nə görsə, yaxşıdı? Başqa bir çoban qucağında quzu, əlində çomaq ona sarı gəlir. Xudbin çobanın qan beyninə vurdu. Çünki bu gələn çoban ona şərik ola bilərdi. Öz-özünə: ”Bəlkə də, ağa sadəcə onun quzusunu alar, bütün hədiyyələri ona verər, mənə də heç nə qalmaz!” - deyə düşünür.

Xudbin çoban bu mənzərə qarşısında vaxt itirmək istəmir. Yumruğunu digər çobana göstərərək: ”Dərhal yolumdan çəkil!” - deyə bağırır. Eyni anda digər çoban da səsini çıxarmadan, qəzəblə yumruğunu qaldırıb qaş-qabağını salaraq onu təhdid edir. Bizim xudbin çobanımız hövsələdən çıxır. Ona həddini bildirmək üçün çomağını qaldırıb rəqibinin üstünə cumur,lakin bu zaman görürki,rəqibi də eynilə çomağını qaldırıb ona tərəf gəlir.

Nəhayət, xudbin çoban digər çobanın etdiyi bu ədəbsizliyə dözə bilmir. Əlindəki çomağı var-gücü ilə rəqibinə atır, lakin çomaq çobana deyil, çoban zənn etdiyi böyük güzgüyə dəyir. Böyük güzgü paramparça olur.

Səsi eşidən ağa tələm-tələsik salona gəlir. Gördüyü mənzərəyə həm heyrətlənir, həm də qəzəblənir. Necə qəzəblənməsin?! Bir çoban sarayına xəbərsiz girib böyük güzgünü qırmışdı. Qəzəblənən ağa saraya böyük ümidlərlə gələn çobanın çomağını alıb başına keçirir. Özünü hər kəsdən ağıllı bilən xudbin çobana: ”Bir daha səni gözüm görməsin!” - deyib sarayından qovur.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!