Ustasız qayıq

Ustasız qayıq
Maraqlı məlumatlar
10.09.2017 12
İmam Əzəm Həzrətləri bir gün bir ateistlə qarşılaşır. Ateist onunla bu kainatın meydana gəlməsi barədə söhbət etmək istədiyini bildirdi. İmam isə tələbələri ilə dərsə tələsirdi və buna görə də onunla ancaq bir saatdan sonra görüşə biləcəyini söylədi. Ateist də ürəyində. ”Yəqin ki, məndən qorxdu" - deyərək razılaşdı

Ateist deyilən vaxt həmin yerə gəldi və orada imamı gözləməyə başladı. Ateist İmam Əzəmin gəlməyəcəyini düşünərək görüşə tək gəlməmişdi. Yanında o kəndin camaatı da var idi. Nə qədər gözləsələr də, imam gəlib çıxmaq bilmirdi. Ateist isə: "Gördünüz, imamınız məndən qorxdu" - deyə qürrələnirdi...

Camaat isə bu sözə inanmırdı, çünki o günə qədər heç kim imamın yalan danışdığını eşitməmişdi. Elə bu vaxt camaat arasından bir nəfər imamın qayıqdan düşüb onlar tərəfə gəldiyini söylədi. Hamı deyilən tərəfə baxdı. İmam doğurdan da qayıqdan düşüb onlar tərəfə gəlirdi. İmamın yanına qaçan camaat ondan gecikməyinin səbəbini soruşdular. O isə:

- "Qayıq yox idi, çaydan keçə bilmirdim. Bir də baxdım ki, ağacdan qopan budaqlar qayığa çevrildi. Mən də minib gəldim. Ona görə gecikdim" - deyə cavablandırdı.

Ateist gülməyə başladı və:

- "Görürsünüz, gecikməyi bəs deyil, hələ bir yalan da danışır. Heç öz-özünə də qayıq düzələr?" - dedi.

- "Əgər bir qayıq öz-özünə düzəlmirsə,bu geniş kainat öz-özünə necə yarana bilər?" - deyə imam ateistlə mübahisə etmədən qalib gəldi.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!