++++++++++++İtirmə Qorxusu

++++++++++++İtirmə Qorxusu
Maraqlı məlumatlar
10.09.2017 8
Eşq bir yumaq halına gəlib boğazına sarılar insanın bəzən. İşlər həll edilməz haldadır və bu gördüyüm insanı istəmədiyi şeylər etməyə məcbur edər çarəsiz. Bir-biri ardına edilən səhvlərin ən böyük səbəbi isə itirmə qorxusudur. Bu qorxu bir dəfə girdimi insanın ürəyinə o andan sonra ağıl və məntiq sürgünə göndərilmiş iki məhkuma çevrilər birdən

Siz eşqinizə sahib çıxmağa çalışdıqca o gördüyüm gedərək böyüyər və bir müddət sonra yumağın ipləri boğmağa başlar Xilas ola bilmək üçün çırpındıqca bir başqa canavarın, qısqanclığın əllərinə təslim olarsınız

Elə bir canavardır ki qısqanclıq, bərabərində narahatlığı, narahatlığı və narahatlığı da gətirər. Beyni böcək kimi gəmirən sualların başlıca qaynağı da qısqanclıqdır. Tərk edilmə ehtimalınız çoxaldıqca suallar artar. Qəti və dəqiq cavabı yoxdur heç bir problemin. Onun bir başqasıyla ola bilmə ehtimalını, bir başqasıyla sevişə bilmə ehtimalını düşünmək, yuxusuz gecələrin, səmərəsiz günlərin xəbərçisidir

Məntiq və ağıl sürgündəykən sizi tərk etmə ehtimalı olan sevgilinin hər davranışı, hər sözü yalnız və yalnız qısqanclıq süzgəcindən keçiriləcək

Bir zamanlar kiçik oyunların, eşqə qatılan dadın səbəbi olan qısqanclıq, sevgiliyə düşmənlik duymanıza səbəb olacaq artıq. Və düşmənlik insanın içindəki şiddəti qızışdıracaq əlbəttə.

Qısqanclıq atəşini basdırmağa qalxmaq, başqa şeylərlə maraqlanar kimi görünmək bataqlıqdan çıxmağa çalışan insanın hərəkət etdikcə palçığa daha da basdırılmasına bənzər. Səhv, səhv üstünə əlavə olunar və ağılın ardından mənlik və şəxsiyyət də çıxar sürgünə. Siz sevgilini itirməmə uğruna dəyişməyə çalışdıqca ürəyinizdəki narahatlıq sizi yerinizdə bir dəqiqə belə otura bilməz hala gətirər. Üstəlik dəyişmək uğruna edilən səhvlər sevgilini itirmə ehtimalını daha da gücləndirər

Qısqanclığa tamamilə təslim olmusunuz artıq. Bu nöqtəyə necə gəldiyinizi xatırlamazsınız belə. Hansı hadisə, hansı adam səbəb olmuşdur bir əhəmiyyəti də yoxdur artıq. Şiddət yavaş yavaş özünü göstərməyə başlar

Özünüzə ya da ona zərər vermə duyğusunun sahilində gəzib dayanarsınız

Bu duyğudan xilas olmanın tək yolu, bütün bunlara mövzu olan sevgilidən xilas olmaqdır. O sevgilinin tikdiyi amma üzərinizə tam oturmadığını bildiyiniz halda geyməkdə israr etdiyiniz eşq geyimini çıxarmanın zamanı gəlmişdir. Bu məhbusluğu yaşamaqdansa qar altında çılpaq qalmaq çox daha yaxşıdır. Və əlbəttə, üzərinizə tam oturan bir geyim, bir yerlərdə sizi gözləməkdədir



Tərcümə etdi: PRETTY_GİRL


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!