12 yaşlı oğlan anasına mamaçalıq etdi

12 yaşlı oğlan anasına mamaçalıq etdi
Maraqlı məlumatlar
10.09.2017 12
 
 



Kanadanın Vankuver şəhərinin Kempbl River səmtində yaşayan 12 yaşlı Qalen Edvards anasına övlad dünyaya gətirməkdə yardımçı olaraq mamaçalıq edib.
Hadisə barədə kütləvi informasiya vasitələri yazandan sonra Vankuver şəhər meriyası tərəfindən qəhrəman elan edilən Qalen deyib: "Sağlamlıq və səhiyyə ilə bağlı çoxlu televiziya proqramlarına baxmışdım. Anam da qardaşımı dünyaya gətirəndə bildiklərimdən yararlandım. Otağa girəndə körpənin başı artıq çıxmışdı. Uşağı ehtiyatla çiyinlərindən tutub çəkdim, qardaşımı qucağıma aldım. Yatağa qoyandan sonra isə mətbəxdən qayçı gətirib göbəyini kəsdim".
Deyli Edvards isə deyib ki, doğmasına hələ bir neçə gün qaldığını düşünürmüş.
"Təbii ki, oğlumu klinikada dünyaya gətirmək fikrindəydim. Amma gecə saat 2-də ağrılarım tutanda, sonra da kəskinləşəndə və doğmağa başlayanda naəlac qaldım. Kömək istəyib qışqırmağa başlayanda yan otaqda yatan oğlum ayıldı və özünü çatdırdı", - artıq 5 uşaq anası 30 yaşlı Deyli Edvards deyib.
Oğlunu dünyaya gətirəndən 45 dəqiqə sonra təcili yardımla xəstəxanaya çatdırılan ananın və körpənin vəziyyəti normal idi.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!