Anama Məktub.

Anama Məktub.
Maraqlı məlumatlar
10.09.2017 16
Salam ana ...

Necəsən?

Mən yaxşıyam, doğulmağıma çox az bir müddət qaldı.

Amma sənə söyləmək istədiklərim var.

Kimilərinə görə bəzi əksikliklərlə gələcəyəm dünyaya..

... "Əlil" deyəcəklər mənə ..

Amma mən heç kimdən "üzr" istəməyəcəm ana ..

Səndən başqa ...

Səndən indidən üzr istəyirəm ..

İstədiklərinin hamısına cavab verə bilməyəcəyim üçün ..

Qonşumuz uşaqlarını mənimlə oynatmaq istəmədiyi zaman boynunu əyəcəyin üçün ..

"Mənə doğru düzgün bir övlad belə verə bilmədi", səsini eşitsən bir gün .. qulağındakı hər əks-sədası üçün ..

Mağaza gəzib velosiped seçicinin şirin həyəcanı yerinə,

Təkərli kürsü almaq hissini sənə yaşadacağım üçün ..

Çağrılmayacağımız hər ailə yığıncağları, bayramlar, gəzintilər üçün ..

Yada çağrılacağın amma mənə görə gedə bilməyəcəyin hər yığıncaq, hər təşkil edilən qadınlar günü üçün ..

Üzr istəyirəm ANA ..

Amma səndən bir istəyim var;

Məndən əsla imtina etmə ana!

Qıçlarım gücsüz ola bilər ..

Asanlıqla çıxa bilmərəm nərdivanları ..

Əsla məni daşımağa qalxma ana!

Maneələri birlikdə aşaq yenə ..

Amma sən əlimdən tutma!

Mənə kömək etmək istəyirsənsə yuxarı çıx və mənə "gəl" de!

Çıxa bilmədiyim üçün ağlaya bilərəm bəlkə də ..

Amma sən ağlat məni ana!

Ağlasamda daha çox nərdivan çıxartmalısan mənə ..

Yoxsa əsla güclü ola bilmərəm ..

Qulaqlarım yaxşı işitməyə bilər .. danışmağa başlamaq bir az zaman ala bilər bəlkə ..

Amma sən əsla susqunluğa bürünmə ana!

Daha çox danışmalısan mənlə!

Daha çox layla söyləməlisən, daha çox kitab oxumalısan mənə!

Yoxsa əsla danışa bilmərəm...

Bəlkə bəzianlaya bilmədiklərim, israrlarım ola bilər gəldiyimdə ..

Nə olar mənə' xeyr 'də ana!

Mənə yazığın gəldiyi üçün və məni xoşbəxt etmək üçün, istədiyim hər şeyi etmə

 Səhvinə əsla düşmə!

Xahiş edirəm ağlat məni ana!

İndi məni ağlat ki, gələcəkdə birlikdə ağlamayaq ..

Yoxsa heç vaxt ayaqüstə dayana bilmərəm ..

Bəlkə ətrafındakı insanlardan bir az fərqli bir üzüm ola bilər doğulanda ..

Çox yaxşı görünüşüm olmaya bilər bəlkə ..

Amma sən yenə gözəl-gözəl bax mənə ana!

Elə baxki, məndə aynaya baxanda qarşımda gözəl bir üz görüm ..

Yoxsa heç vaxt özümə gülümsəyərək baxa bilmərəm ...

Tez qavramaq qabiliyyətim olmaya bilər, tez anlaya bilmərəm bəlkə ...

Amma sən yenə dəmənə başa sal ana! Dəfələrlə başa sal!

Məndən hec vaxt imtina etmə!

Yoxsa əsla öyrənə bilmərəm...

Son bunu da deyim;

Xahiş edirəm bu sətirləri oxuyanda ağlama!

Çünki mən yazanda inan heç ağlamadım ANA!



Tərcümə etdi: Lovely Girl



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!