Ana sevgisi.

Ana sevgisi.
Maraqlı məlumatlar
10.09.2017 30
Ana sevgisi-bahar təravəti

Mart ayı gələndə istər-istəməz ağlımıza Qadınlar günü və bir də Novruz bayramı gəlir.Haradan,hansı tarixi hadisədən başlanması vacib deyil,əsas olan odur ki,təqvimdə bir gün qadınlarımıza ayrılıb.Əslində bütün günlərimiz onlarındır.Qadın həm də anadır.Ana isə bizim təmannasız himayədarımız,bizim təmannasız qayğıkeşimizdir.

Min ildir adına şeirlər yazılır,min ildir adına kitablar bağlanır.Ancaq nə qədər yazılsa da,nə qədər deyilsə də,yenə azdır.Ana Allahın seçimidir,bizi anamıza,anamızı bizə Allah seçir. Ananı sevmək həm də Allahın seçdiyini sevməkdir.



Ana bizə sevgisini verir,gözünün nurunu verir.Ana bizə yuxusuz gecəsini verir Ana bizə canını verir.Və heç nəyini əsirgəmir.Ona övlad adından deyilən xoş bir söz,övlad adınan verilən xoş bir hədiyyə dünyalar qədər qiymətlidir.

Çoxumuz itirənən sora qiymətini bilir,yada salıb kədərlənirik.Arxamızdan bir dağ qopur,evimizin bir divarı yıxılır sanki onsuz.İlin bütün günləri onun adına olsa,yenə azdır.Ancaq heç olmasa,bu bir gündə onu ziyarət etmək,heç olmasa,bu bir gün onu yada salmaq lazımdı,Bu sevgini səadəti ondan əsirgəməyək...



Dünyanın ən gözəl baxçası

Saysam yadda saxlayarsanmı?

Sevdiyim bütün çiçəkləri

Anamın gözündədir bənövşə

Lalə qoxan əlləri

Yağış yağanda baxcamıza 

İslaq bir zanbaq olur anam



Çağırsam gələrsənmi?

Dünyanın ən gözəl baxcasına

Bir yanda yeni açılmış güllər

Bir yanda kölgəsində böyüdüyüm ağaclar

Uzatsam tutarsanmı əlimdən?

Ərqəvan olar əllərim.







 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!