En intimsual kishi peseleri hansilardir?

En intimsual kishi peseleri hansilardir?
Maraqlı məlumatlar
10.09.2017 20
 


 

 


En intimsual kishi peseleri hansilardir?

 

Statistikaya əsasən kişinin intimuallığına onun peşəsinin birbaşa təsiri var. Aparılan sorğu nəticəsində əksər qadınlar müəyyən peşə sahiblərinin daha intimual olduğunu bildirirlər. Gəlin birlikdə bu peşələrlə tanış olaq və onların nə dərəcədə bu kateqoriyaya uyğun gəldiyini müəyyənləşdirək.

 

Pilot, maşinist

Ciddi, güclü, forma geyinən kişilər. Böyük təyyarələr və ya qatar idarə edir. Qadınların intimual fantaziyalarına çox uyğun peşələrdir.
Əslində: yaşayaraq hər şeyi "cədvəl" əsasında etmək bu peşə sahiblərini digərlərindən fərqləndirir. Çünki təyyarəni arzunuzdan asılı olaraq yubandıra bilməzsiniz. Onlara stabil münasibət lazımdır. intim isə onlar üçün fizioloji tələbatdır. Bu cür kişiləri istiqamətləndirməyə qorxmayın. Əgər sənin intimdə nə istədiyini anlasalar onu sənə verməyə çalışacaqlar.

 

Hərbçilər

Forma geyinmiş insanlar hər zaman ciddidirlər, cəsarətli addımlar atmağı sevirlər. Onları pis vəziyyətə salmaq demək olar ki, mümkün deyil. Yataqda isə ehtiraslıdırlar. Çiynindəki ulduzların sayı isə ehtiras mənbəyi hesab olunur.
Əslində: flirti anlamırlar, kənardan istənilən hərəkəti, baxışı, hətta gözvurmanı hərəkətə işarə kimi qəbul edirlər. Onlarla zarafat etməyə dəyməz. İstənilən oyunu intimə işarə kimi qəbul edə bilərlər.

 


Biznesmen, müdir, yüksək statuslu kişilər

"Armani və ya Hugo Boss"dan kostyum, səliqəli geyinmiş işgüzar kişilər. Bahalı avtomobil sürür və hər zaman bahalı ətirlərdən istifadə edirlər.
Əslində: heç də maşının markası və ya cibindəki pulun miqdarı kişinin intimual potensialı demək deyil. Bəzən onların da intimual sahədə çətinlikləri olur. "Heç kimə inanmamaq" kələmsi rəhbər vəzifəni tutan kişinin ən əsas qanunudur. Çünki hər yerdə səni aldada bilərlər. Mülkinə sahib olmaq istəyənlər də az deyil. Bu nəinki biznes, şəxsi həyata da aiddir.

 

 

 

Aktyor, rəssam, yazıçı...
Ümumilikdə yaradıcı insanlar. Belə qəbul olunur ki, bu kişilər romantik olurlar. Serenadalar, şeirlər, özünəməxsus romantik sevgi etirafları və.s. intim isə zərif və sevgi dolu olacaq.
Əslində: qəbul etməliyik ki, belə kişilər səni əlinin içində gəzdirməyəcək, bunu sən etməli olacaqsan. Yaradıcı kişilər tələb edirlər ki, onlarla fəxr etsinlər və daim tərifləsinlər. Eynilik onlar üçün deyil. Parlaq münasibətlər onlar üçün həyatda daha önəmlidir.
 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!