+++++++++Narkomaniyaya qarşı birgə mübarizə apararaq

+++++++++Narkomaniyaya qarşı birgə mübarizə apararaq
Maraqlı məlumatlar
10.09.2017 58
Mövzuma dövrümüzün şablon bir cümləsi ilə
başlamaq istəyirəm. "Bu həyatda heç kim heç nədən
sğortalanmayab". Bəli-sğortalanmadığımız problemlərdən biridə
narkomaniyadır. İlk öncə bir düşünək; Bir insan niyə karkotik aludəçisinə
çevrilər?

Kim öz həyatını zəhərli bir tozun bağlılığına buraxmaq istər? Bir
zamana kimi normal yaşayan bir insan belə bəzən niyə bu bəlanın öndə
gedən iştirakçısına çevrilər?

Ümümiyyətlə bu haqda çox oxumuşam, maraqlanmışam bu zamana kimi. Gənclərin əksəriyyəti narkotikaya umumiyyətlə maraq hisslərini
içlərində basdıra bilməmələri səbəbiylə başlayır. "Bir dəfə dadına
baxmaqla heç nə olmaz","görəsən onun həzzi nədən ibarətdir" kimi
cümlələrlə başlayan maraq bir ömürü heçə çevirir.

Digər tərəfdən gənclərin özümə doğru ətrafı və dostları seçə
bilməməsidir. Təsəvvür edin sizin ətrafınızda narkotik aludəçisi olan
dostalırınız var. Və hər dəfə siz onların yolunu getmirsiz deyə
təzyiqlərə məruz qalır və qinanırsız onlar tərəfindən. Və bu halda
gec-tez iradəsi zəif olan bir insan onların təsiri altına düşəcək. Onlara
sübut etməyə çalışacaqki məndə bacararam.

Bu vəziyyətin digər bir halı insanın əzablı və çətin həyat
yaşamasıdır. Bir gənc problemlərdən çıxış yolu tapmadıqda son həll olaraq
narkotikaya sarılır.

Bir gənci bu vəziyyətlərdən uzaq tutmağın ən böyük vəzifəsi ailənin
üzərinə düşür. Çünki bəzi gənclərdə mənəvi boşluq, daxili dünyasının
zədələnməsi, heyatında yaşadığı böyük bir sarsıntı, insanlara olan
etibarsızlıq duyğusu ən əsası valideynlərlə arasındakı o görünməz
uzaqlıq pərdəsi narkotikdən asılılığa gətirib çıxarır. Hər bir valideyn
işindən, probləmlərindən azda olsa başını ayırıb o uzaqlıq pərdəsini
aradan götürməlidir.

Narkotik aludəçisi olan insan: Bəlkədə bir həvəslə başlar bu
həzzə, sonra yavaş-yavaş o həzz bir bağlılığa çevrilər. İlk öncə pulunu
xərcləyərsən onu əldə etmə üçün, sonra qiymətli əşyalarını satarsan ona
qovuşmaqcun, sonra namusunu satarsan həyatda qalmaq üçün, sonra şərəfini
satarsan bir gün daha çox yaşamaq üçün, sonra valideynlərini əzib
keçərsən ağrılara döz bilmək üçün. Bütün gözəl dostlarını ancaq o zibili
əldə etməyə pulun olmadığında yada salarsan. Gün gələr artıq nə satmağa
nə namusun qalmaz, nə xərcləməyə varın-dövlətin. Bir zamanlar ağlınızın
ucundan keçməyən dəhşətli cinayətlərin ən öndə gedən iştirakçısı
olarsız. Hələ bir qadınsansa onda itirmək üçün daha çıx səbəbin
vardır. Bir zamanlar gecələr qorxuyla baxdığınız küçələrin daimi kimsəsiz
sakininə çevrilərsiz. İndi siz deyin dəyərmi?? Allahin bizə bəxş etdiyi
bir həyatı iradəsizliklərə qurban verməyə dəyərmi. Yaşadığımız hər
problem, içimizə axan hər əzablı gün bir zəhərli tozla ya damara
yeridilən ölümcül iynəylə həll olunsadı onda yer öz oxu ətrafında
tərsinə fırlanardı. Hər ağıllı bir düşüncə, hər doğru seçilmiş bir yol,hər
düşünələrək atılmış bir addım, arxası mənəvi cəhətdən sağlam olan hər
bir gənc bizi bu bəladan bir addim uzaq tuta bilər. Gəlin bu bəlaya düçar
olan insanları bu bəladan qurtarmmağa birgə səy göstərək. Onlar
bizlərdən imtina etmiş ola bilər, amma biz imtina etməyək onlardan. Hər
kəsin ikinci bir şansa və qurtuluşa ehtiyacı vardır.



Müəllif: NİGAR_CAVAD
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!