+++++++++++Qorxunc həqiqət

+++++++++++Qorxunc həqiqət
Maraqlı məlumatlar
10.09.2017 17
 

ABŞ-da son günlər fast fudla bağlı ortaya çıxan qorxunc həqiqət hamını qorxuya salıb. ANS PRESS-in məlumatına görə, yəqin ki, Yuta ştatında yaşayan Devid Vhipl 1999-cu ildə tanınmış fast fud şəbəkəsindən hamburger alanda belə məşhurlaşacağını ağlına belə gətirməmişdi.
Belə ki, aradan keçən 14 ildə hamburgerin kağızı xarab olsada, çörək və ətinə heç bir şey olmayıb. Əslində o, 1999-cu ildə dostlarına hamburgerin qoruyucu maddələrlə zəngin olduğunu göstərmək istəyib. Nəticədə nəinki dostları, hətta bütün dünya onun tərkibindəkilərdən xəbərdar olub. "Dostlarıma onun kimyəvi maddələrlə dolu olduğunu göstərmək istədiyim üçün onu bir ay ərzində paketindən çıxarmadım. Daha sonra unutdum. İki il sonra hamburgeri tapdım. Amma onun daha nə qədər qala biləcəyini görmək üçün saxlamağa qərar verdim".
Amerikalının təcrübə üçün saxladığı hamburgerin üzərində heç bir kiflənmə və göbələk izləri görünmür, qoxu belə hiss edilmir. Yeganə dəyiçiklik onun arasındakı turşunun illər ərzində yox olmasıdır.
Dediklərini təsdiqləmək üçün Vhipl hətta onun qəbzini belə saxlayıb. O, sağlam qidalanmağı göstərmək üçün onu nəvələrinə belə saxlayacağını deyib.
















 




скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!