Çox Maraqlı "Dəlik Vedrə" Hekayəsi

Çox Maraqlı
Maraqlı məlumatlar
10.09.2017 3
Bir zamanlar sahibinin evinə hər gün çaydan su daşıyan bir qul vardı. Qul boynunda daşıdığı bir çubuğun hər iki ucuna bir vedrə asar, bu vedrələri çaydan aldığı su ilə doldurar və evə gətirərdi.

Ancaq vedrələrdən biri bir neçə yerindən su axıdan köhnə bir vedrəydi. Buna görə də, çayda ağzına qədər doldurulan suyun ancaq yarısını tuta bilirdi evə qədər. Digəri isə yeni və sağlam bir vedrəydi. Suyu heç sızdırmadan daşıyardı. Tam iki il bu beləcə davam etdi. Suçu qul çayda iki tam vedrəni doldurur, sahibinin evinə gəldiyində isə geriyə sadəcə bir vedrə yarım su qalırdı.

Dəliksiz vedrə bu başarısı ilə qürur duyur və "mən işimi tam görürəm" diyərək öyünürdü. Yazıq sınıq vedrə qüsuruna görə utanır və özündən gözlənənin sadəcə yarısını edə bildiyi üçün üzülürdü. İki il boyunca çatlağından su sızdırmağından utanıb, bir gün dilə gəlib çay kənarında suçuya belə dedi:

-Ey suçu insan! Özümdən utanıram və səndən üzr istəmək istiyirəm.

-Niyə ki? deyə soruşdu suçu. Niyə utanırsan?

-İki il boyunca, yan tərəfimdəki çatlaqlar üzündən sular axıb getdi və yükümün sadəcə yarısını sahibinin evinə apara bildim. Mənim qüsuruma görə sən də zəhmətinin qarşılığını tam ala bilmirsən.

Suçunun köhnə vedrəyə yazığı gəldi və şəfqətli bir səslə belə dedi:

Sahibimin evinə dönərkən, yol kənarındakı çiçəklərə bir diqqət et istiyirsən.

Doğrudan da təpəyə çıxarkən, dəlik vedrə yol kənarındakı gözəl yaban çiçəklərini gördü və bu onu biraz şənləndirdi. Amma yolun sonunda yenə kədərləndi, çünki yükünün yarısını yenə çatlaqlarından axıtmıştı. Bu bacarıqsızlığından ötrü suçudan yenə üzr istədi. Suçu vedrəyə belə dedi: 

-Yolun sadəcə sənin tərəfində çiçəklər açdığını, digər tərəfində heç çiçək olmadığına diqqət etmədin mi? Bu nədən belədir bilirsən? Mən səndə çatlaqlar olduğunu lap öncədən bilirdim və bundan faydalanmaq istədim. Sənin tərəfindəki yol kənarına çiçək toxumları əkdim. Və hər gün dərədən dönərkən onları sən suladın. İki il müddətində bu gözəl çiçəklərlə sahibimin masasını bəzəyə bildimsə, bu sənin sayəndə oldu. Sənin sayəndə, sahibimin otağı beləcə gözəlləşdi...

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!