++++++++++Qadın və kişilərin tətil anlayışı fərqlidir

++++++++++Qadın və kişilərin tətil anlayışı fərqlidir
Maraqlı məlumatlar
10.09.2017 10
Xarici səyahətdə qadınların və kişilərin seçkisi hansı ölkələr olur? Qadınlar və kişilər tətildə ən çox hansı fəaliyyətlərdən xoşlanırlar? Skyscannerin etdiyi araşdırmaya görə qadınlar və kişilər xarici olkələrə səyahətlərində fərqli nöqtələri seçirlər.

Tayland, kişilərin seçim siyahılarının başında gələrkən, qadınlar üçün Cənub-Şərqi Asiya ölkəsi siyahının beşinci sırasında iştirak edir.

Hindistan kişilərin siyahısında beşinci yerdədir, amma qadınların siyahısının ilk 10 sırasına belə girə bilmir. Qadınların siyahısında beşinci sırada Avstraliya iştirak edərkən, bu ölkə kişilərin favoritlərindən biri ola bilmir.

400dən çox adam ilə aparılan araşdırma işində həm qadınlar həm də kişilər üçün ən çox seçilən səyahət nöqtələri Avstraliya, ABŞ və İtaliya olaraq önə çıxır.

Kişilərin ən çox seçdikləri səyahət nöqtələri.

1.Tayland

2.ABŞ

3.İtaliya

4.Avstraliya

5.Hindistan

6 Yaponiya

7 İspaniya

8.Yeni Zellandiya

9.Misir

10.Norveç



Qadınların ən çox seçdikləri səyahət nöqtələri

1.ABŞ

2.Avstraliya

3.İtaliya

4.Yeni Zellandiya

5.Tayland

6.Yaponiya

7.Avstriya

8.Xarvatiya

9.Kanada

10.Yunanıstan

Cütlərin səyahətində kimin sözü keçir?

Bu araşdırmanın  maraqlı bir nəticəsi var.Beləki, cütlərin səyahət planlarını təyin etmədə kişilərin daha çox gücü əllərində saxladıqlarını göstərir.

Tətil fəaliyyətləri.

Yaxşı, qadınlar və kişilər tətildə ən çox hansı fəaliyyətləri etməyi sevirlər? Həm qadınlar həm də kişilər tətildə ən çox gəzintini və istirahət etməyi sevərkən, günəş vannası qəbul etmə qadınların seçkiləri arasında üçüncü sırada, kişilərdə isə altıncı sırada iştirak edir.

Alış-veriş qadınların beşinci ən favorit fəaliyyətiykən, kişilər alış-verişi daha az sevir və kişilərin fəaliyyət siyahısında alış-veriş doqquzuncu sırada iştirak edir.

Kişilərin ən sevdiyi tətil fəaliyyətləri.

1.Turistik yerlərə gəzinti

2.İstirahət etmə

3.Vəhşi həyat və təbiət gəzintisi

4.İçmək

5.İdman fəaliyyətləri



Qadınların ən sevdiyi tətil fəaliyyətləri.

1.Turistik yerlərə gəzinti

2.İstirahət etmə

3.Günəş vannası qəbul etmə

4.Vəhşi həyat və təbiət gəzintisi

5.Alış-veriş



Tərcümə Etdi: NİGAR_CAVADскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!