Hissler Haqqında...

Hissler Haqqında...
Maraqlı məlumatlar
10.09.2017 66
UTANMAQ HİSSİ – Saxtadır. Terbiyeden asılıdır. Faydalıdır, hemişe yox. Şerq menbelidir. DARIXMAQ – Tebii hissdir. Saxtası yoxdur. Faydası azdır. Reallığı sevir. Amma özü real deyil. Meşğuliyyetle qarışdırılanda terkibini itirir. SEVMEK – Birinci buraxılışı originaldır. Bu dövrde ağılla yola getmir. Sonrakılar müeyyen hisslere göre saxtalaşır. Zemanet verilmir. En çox şerq yarımküresinde yayılıb. Satışı qadağandır. Ona göre de çox satılır. Saxtalıq elameti (herekete çevrilme ile başlayır). Gerçeklerle qarışdıranda alergiya verir. Her zaman nezaret teleb edir. SUSMAQ - Hereketle calağı var. Tebiidir. Saxtası da mövcuddur. Etraf üçün qorxusu da var. Sahibi üçün faydası çoxdur. Terkibi gizlidir.  NİFRET ETMEK – İnam hissinin ve sevginin infliyasiyası da demek olar. Tebii hissdir. Qorxuludur. Ona göre de terkibinde ağılın olması meslehetdir. AĞLAMAQ – Hereket xarakrerlidir. En tebii hissdir. Amma saxtasını da çıxardıblar. Esasen qadınlar üçündür. Kişilere lazım olanda çetin tapılır.  DUYĞULANMAQ – Originaldır. Müşahide olunmur. Gözle görünmür. Hiss edilir. Ona göre de saxta deyil. Mühitden, xarakterden asılıdır. Saflıq derecesinin göstericisidir. ŞOKA DÜŞMEK – Hereketsizlikle müeyyen olunur. Hansısa hissin normadan artıq olduğunu bildirir. Psixoloji hazırlığın seviyyesinden asılıdır. QIŞQIRMAQ – Hem de hereketdir. Originaldır. Satışda yoxdur. Ona göre de az saxtalaşıb. Başqasını narahat etmeyende faydalıdır. GÜLMEK – Hereketle müeyyen olunur. Tebiidir. Amma daha çox saxta forması yayılıb. Seviyye ile müeyyen olnur ve seviyyeni müeyyen edir. Ağılın ona tesir imkanı azdır. QORXMAQ – Herekete yol açır. Tebiidir. Insan üçün vacibdir. Ağıl onu qorxudan keşf edib, amma ağıldan evvel yaranmayıb. Çünki, qorxmaq da ağısızlıqdır, qorxmamaq da. TEECCÜBLENMEK – Original hissdir. Elçatmazlığı sevir. Düşünmek hissi ile uzlaşmır. Ibtidai hissdir. Ağıllını daha da ağıllı, ağılsızı daha da ağılsız edir. SEVİNMEK, KEDERLENMEK - Müxtelif menşelidir. Tebii hissdir. Ondan töreyen bir çox hissler ve hereketler var. Saxtası olsa da müeyyen etmek mümkündür. İNANMAQ – Tebii hissdir. İnsan onsuz yaşaya bilmez. Başqasının üzerinde saxtadan seçmek çetindir. Terkibinde başqa hissler mövcuddur. Ağıl onu en pis halda özüne tabe ede biler, amma mehv ede bilmez. DÜŞÜNMEK – Tebiidir. Hem ağıl hem de hissdir. Amma saxtakarlığın yaranmasında böyük rolu var. Ağılla qarışdırılanda en ali hisslerden olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!