Maraqlı bir yazı

Maraqlı bir yazı
Maraqlı məlumatlar
10.09.2017 31
Bir kənddə üç oğlu ilə yaşayan bir qadın var imiş. İllər keçmiş bu uşaqlar böyümüş və qadın yaşlanmış. 
Yetkin üç oğul, yaşlı analarını tək buraxaraq dolanışıqlarını daha yaxşı təmin edə biləcəkləri üçün başqa şəhərlərə gedərlər. Bir müddət orada qaldıqdan sonra dolanışıqları düzəlmiş və varlanmışlar. 

Onlar analarını unutmamışdılar və qısa bir müddət sonra bir yerə gəlirlər. Onlar qazandıqları pulun xatiri sayılar bir hissəsiylə analarını xoşbəxt edəcək bir hədiyyə etməyə qərar verərlər. Birinci oğul,

"Anama köhnə evinə yaxın çox böyük bir ev satın aldım, ümid edirəm xoşuna gələr." 

İkinci oğul:

"Mən də şoferiylə birlikdə yeni bir avtomobil göndərirəm, artıq hər istədiyi yerə gedə bilər."

Üçüncü oğul:

"Mən daha dəyişik bir şey düşündüm. Bilərsiniz anamız müqəddəs kitabı oxumağı çox sevər. Tam on iki il öyrədilmiş və müqəddəs kitabı əzbərləmiş bir tutuquşu göndərirəm. Dinləməsi üçün istədiyi hissənin başlığını söyləməsi kafi."

Bir müddət sonra anadan uşaqlara hədiyyələr üçün bir təşəkkür məktubu gəlir. Birinci oğula;

"Ev çox gözəl, təşəkkür edirəm amma mənim üçün çox böyük. Mən yalnız bir otağında otururam, amma bütün evin təmizliyi çox çətin."

İkinci oğula:

"Səyahət etmək üçün olduqca yaşlıyam, avtomobili çox az istifadə edirəm. Şofer də üzsüz biri, yenə də düşündüyün üçün təşəkkürlər." 

Üçüncü oğula:

"Sevimli balam, sən ananın nədən xoşlandığını heç bir zaman unutmadın. Göndərdiyin quş çox ləzzətli idi, çox təşəkkür edirəm!.."




 
/Mənbə: Qadınlar.biz/

[b][/b]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!