Müxtəlif ölkələrin ənənəvi toy süfrəsi

Müxtəlif ölkələrin ənənəvi toy süfrəsi
Maraqlı məlumatlar
10.09.2017 90
İstənilən millətin mədəniyyətində toy – möhtəşəm ziyafətlə müşayiət olunan milli ənənədir. Lakin hər bir millətin öz ənənəvi toy xörəkləri vardır.
Məsələn, Danimarkada bu, marsipanlı piroqdur. Piroqun kənarları adətən şamlarla və meyvələrlə bəzədilir. Həmçinin piroqun üzərinə bəylə gəlinin şəkilləri olan medalyonlar da düzülür. Ümumiyyətlə, əvvəllər Danimarkanın toyları öz möhtəşəmliyi ilə seçilirdi. Belə ki, buradakı ən sadə toy məclisi üçün 10 ədəd ördək, 10 qaz, 20 toyuq, 5 donuz, 2 dana tələb olunurdu... Təəccüblü deyil ki, bu ölkədə toyların möhtəşəmliyi ilə dövlət səviyyəsində mübarizə gedirdi. 
Biz alışmışıq ki, toy tortu adətən ağ və ya çəhrayı rəngdə olur. Barbadosda isə qara rəngdə toy piroqu hazırlayırlar. Qara piroqun resepti nəsildən-nəsilə ötürülür. Bir qayda olaraq, onun tərkibinə qəhvəyi şəkər, rom, kişmiş, qarağat, albalı və qara gavalı daxildir. Bütün quru meyvələr romda isladılır, bəzən onları romda 2 aya qədər saxlayırlar.
Hollandiyada toy süfrəsi nigah mərasimindən əvvəl açılır. Ənənəvi toy menyusuna "gəlinin şəkəri” adlanan konfetlər və "gəlinin göz yaşları” adlanan şərab daxildir. 
Norveç toyunun ənənəvi xörəyi "gəlin sıyığı” adlanır. Sıyıq buğda və qaymaqdan hazırlanır.
Ərəb ölkələrində toy – həmişə möhtəşəm ziyafətdir. Ənənəvi toy xörəyi – xüsusi sousla hazırlanmış düyü və qoyun ətidir. Bəzi yerlərdə daha ekzotik xörəyə üstünlük verilir: bu, quzu ilə doldurulmuş qızardılmış dəvədir. Bu xörəyin tam bişirilmə qaydası belədir: bir neçə balığı qaynadılmış yumurta ilə doldururuq. Daha sonra həmin balıqlarla toyuqların içi doldurulur. Öz növbəsində, bu toyuqlarla qızardılmış quzunun içini doldururuq.
Daha bir ekzotik toy xörəyi Koreyada mövcuddur – bu, müxtəlif rəngli saplarla bəzədilmiş, dimdiyinə qırmızı bibər qoyulmuş qaynadılmış xoruzdur. Koreyalılar hesab edir ki, bu, gənc ailəyə xoşbəxtlik gətirir və onların bir-birinə olan sevgisini simvolizə edir. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!