Birgə həyatın 7 illiyi

Birgə həyatın 7 illiyi
Maraqlı məlumatlar
10.09.2017 64
Ənənəvi olaraq, birgə ailə həyatının 7 illiyini mis və ya yun toy adlandırılar. Mis – çox plastik metaldır, öz fiziki və kimyəvi xüsusiyyətlərinə görə gümüşdən sonra ikinci yerdədir.
Belə bir inanc var idi ki, birgə yaşadıqları 7 il ərzində ər-arvad artıq bir-birini kifayət qədər yaxşı tanıyıb. Onların taleləri bir-birinə o qədər sıx bağlanıb ki, onlar öz münasibətlərini daha möhkəm və qiymətli metala – qızıla çevirə bilərlər.
Yun - təbii və yumşaq materialdır. O, öz istiliyi ilə qızdıraraq, xəstəlikləri müalicə edə bilir. Sevgi də yun kimi ürəkləri qızdırır və ailə ocağını qoruyub-saxlayır. 
Toyun yeddi illiyinə mis və yundan hazırlanmış əşyalar hədiyyə olunmalıdır. Ərlə arvad bir-birinə misdən hazırlanmış nişan üzükləri hədiyyə etməli, və onları qızıl nişan üzükləri ilə bir yerdə adsız barmaqlarına taxmalıdırlar. Xanım öz həyat yoldaşına yun köynək toxuya bilər. Digər dəvətlilər xoşbəxt cütlüyə interyer üçün bəzək əşyası, misdən hazırlanmış suvenir hədiyyə edə bilərlər. 

 Mis ləyən toyun yeddinci ildönümü üçün orijinal hədiyyə ola bilər. O, ev sahibəsinin mətbəxində əla köməkçisi olmaqla yanaşı, ailə xoşbəxtliyinin və firavanlığının rəmzidir. Mis ləyənə müxtəlif hədiyyələr yığaraq, məclisin səbəbkarlarına hədiyyə etmək olar. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!