Evliliyin 15 illiyi - Büllur toy

Evliliyin 15 illiyi - Büllur toy
Maraqlı məlumatlar
10.09.2017 351
Toyun on beşinci il dönümü – büllur toy adlanır. Bu toy yubileyi iki sevən insanın xoşbəxtliyi, ailə münasibətlərinin saflıq və açıqlığın təcəsümüdür.
Büllur ona görə toyun on beşinci il dönümünün rəmzi olaraq seçilmişdir ki, o, şəffaf və eyni zamanda sevgi və qarşılıqlı anlaşma qədər kövrək və tez sınandır. 
Büllur – şəffaf və təmiz materialdır. O, şüşədən möhkəmdir, ona görə də, 15 il birlikdə yaşayan ər-arvad öz ailə və sevgilərin möhkəmliyi ilə öyünə bilərlər. 
Lakin unutmaq olmaz ki, büllur tez sınan və kövrək olur, odur ki, ailənizi, münasibətlərinizi, əvvəlkindən daha çox qorumaq lazımdır. 
On beş il - əlamətdar bir tarixdir, və, təbii ki, onu qeyd etmək üçün ən yaxın qohumlarınız, dostlarınız başınıza toplaşacaq. 
Büllur toy səbəbkarlarına bəxş ediləcək hədiyyələr mövzuya uyğun olmalıdır – bu, büllurdan hazırlanmış müxtəlif əşyalar, suvenirlər ola bilər. Həmin hədiyyələr ər-arvad arasındakı münasibətlərin büllur kimi şəffaf olmasını göstərir. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!