Azərbaycan toy adətləri

Azərbaycan toy adətləri
Maraqlı məlumatlar
10.09.2017 116
Qız bəyənmə və ya qızgörmə
Xalq arasında qızgörmədən sonra oğlan qərara gəlir, qızı bəyənirsə, yaxın adamlarına bunu xəbər eyləyir. Qızın yerini – yurdunu öyrənib xəbər tuturlar. Ailəsinin – anasının, atasının, bacı və qardaşlarının kimliyini öyrənirlər. Sonra valideyinlərin fikri öyrənilir. Oğlanın ata – anası razı olduqdan sonra qızın yaxın adamlarına – xalasına, bibisinə, anasına xəbər göndərir. Onların ağzə aranır.
Xəbər göndərmə
Oğlan evi arayıb, axtarıb qız evinə mğnasib, yaxın bir adam göndərir ki, kim tərəfdən elçi gəldiyini qız evinə xəbər versin. Bəzən elə olur ki, qız evi razılıq vermir. Necə deyərlər, "ətəyindəki daşı yerə tökmür”. Onda elin – obanın ən mötəbər, hörmətli adamı qız evini razılığa gətirməyə çalışardı.
Kiçik elçilik
Adətə görə əvvəl iki qadın – oğul anası, yaxın qohumlarından biri elçi gedər. Çünki həmişə analar qızın ürəyindəkiləri bilərdi. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşməli idi. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib."Elçiliyə gecə getməzlər”.
"Elçilərin qarşısına qoyulan çay içilməz”.
Elçilikdə deyirlər "qız ağacı qoz ağacı, hər gələn bir daş atar”, "qız yükü duz yükü”.Qız atası elə birinci elçilikdən razılığa gəlmir. "Qız qapısı, şah qapısı”. Bir qızla, anası ilə, yaxın qohum - əqrəbə ilə məsləhətləşim, sonra qəti fikirimizi sizə bildirərik, deyir.
Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq əlamətidir, - deyərlər. Ancaq yenə qəti söz deyilməzdi. Böyük elçiliyə razılıq verilərdi. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməli idi.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!