Ən çirkin göründüyümüz gün çərşənbə günüdür

Ən çirkin göründüyümüz gün çərşənbə günüdür
Maraqlı məlumatlar
10.09.2017 43
Ekspertlərə görə bazar ertəsi sindromunun ağrısı çərşənbə günü çıxır...

Bir kosmetika firması tərəfindən İngiltərədə və ABŞda yüzlərlə qadının iştirakıyla edilən araşdırma, hər 10 qadından birinin çərşənbə gününü həftənin ən stresli günü olaraq gördüyünü ortaya çıxardı.

Araşdırmaya görə, çərşənbə günortadan sonra enerji səviyyələrinin daxilə  vurması, iş stresinin yüksəlməsi və həftə sonundan qalan yorğunluğun bütün təsirini göstərməsi nəticəsində qadınlar yaşlı görünür və özlərini yaşlı hiss edir.

Qadınların özlərini ən xoşbəxt hiss etdikləri gün isə cümə günüdür. Araşdırmaya qatılan qadınların yüzdə 60-ı cümə günü özlərini son dərəcə xoşbəxt və şən hiss etdiklərini ifadə etdi.

Bazar ertəsi gecəsi, qadınların yuxusuzluqdan ən çox şikayət etdikləri gecə olaraq təyin olundu. Yuxusuzluğun təsirləri üz və boyun bölgəsində 48 saat sonra təsirini göstərdiyi üçün qadınlar, çərşənbə günü daha yaşlı görünür. Çərşənbə günü, qadınların ümumiyyətlə bazar ertəsi başladıqları rejimlərini və dəri baxımlarını da ən çox tərk etdikləri gün olaraq təyin olundu.



/Mənbə:Qadınlar.biz/




скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!